Accessibility links

Zelenski Ukraynaya yeni yardımla bağlı müzakirələr fonunda ABŞ qanunvericilərinə müraciət edəcək


Volodimir Zelenski.
Volodimir Zelenski.

Ukrayna Prezidenti Volodimir Zelelenskinin çərşənbə axşamı ABŞ Senatınınü zvlərinə müraciət edəcəyi gözlənilir. Bu, Ağ Evin Konqresi Ukraynaya Rusiyanın aqressiyasına qarşı mübarizəsinə yardım etmək üçün dərhal yeni maliyyəni təsdiq etməyə dair çağırış etdiyi bir vaxta təsadüf edir.

Senatın çoxluq lideri Çak Şumer deyib ki, Zelenski məxfi bir brifinqdə video vasitəsilə çıxış etməyə dəvət olunub ki, qanunvericilər Ukraynaya milyardlarla dollar yardımla bağlı qanun layihəsi üzərində səs verəndə “biz birbaşa onun özündən nəyin risk altında olduğunu eşidək.”

Menecment və Büdcə direktoru Şalanda Yonq bazar ertəsi Konqres liderlərinə ünvanladığı məktibda xəbərdarlıq edib ki, bu ilin sonunda ABŞ-ın Ukraynaya silah və yardım göndərməyə pulu olmayacaq. Yonq Ukrayna ilə bağlı deyib ki, “[Ukrayna] döyüşməyə davam edə bilməyəcək,” və qeyd edib ki, ABŞ-ın artıq Ukrayna iqttisadyyatını dəstəkləmək üçün pulu bitib.

Oktyabr ayında Bayden adminstrasiyası Konqresdən Ukrayna, İsrail və ABŞ-ın sərhəd təhlükəsizliyi üçün ambisiyalı planları maliyyələşdirmək məqsədilə təxminən 106 milyard dollar pul istəyib.

Ukrayna üçün maliyyə Respublikaçıların cüzi fərqlə nəzarət etdiyi Konqresdə sağçı qanunvericilər üçün siyasi baxımdan mübahisəli bir məsələyə çevrilib.

Ancaq Yonq Ağ Evin yaydığı məktubda deyib ki, Ukraynaya maliyyəni və silah axınını kəsmək döyüş meydanında Rusiyanın xeyrinə olacaq.

“Mən açıq demək istəyirəm ki, Konqres hərəkətə keçmədən, bu ilin sonunda bizim Ukraynaya daha çox silah və avadanlıq göndərmək, ABŞ-ın ordu ehtiyatlarından texnika təmin etmək üçün ehtiyatlarımız tükənəcək,” o bildirib.

Aİ-Ukrayna

Rəsmilər və diplomatların bildirdiyinə görə, Avropa İttifaqına 27 üzv ölkədən diplomatik nümayəndə heyəti Ukrayna ilə Aİ-yə üzvlük danışıqlarını başlamaq üçün çərşənbə günü bir araya gəlir.

Bununla da 27 ölkə arasında blok liderlərinin dekabrın 14-15-də sammitinə hazırlıqlar başlayır. Orada onlar Aİ-nin Ukrayna, Moldova, Gürcüstan, Bosniya və başqa ölkələrin interqrasiya prosesini nəzərdən keçirib, qərar verəcəklər.

Macarıstan baş naziri Viktor Orban tələb edib ki, Ukraynanın Aİ-yə üzvlüyü Aİ sammitinin gündəminə daxil olmasın.

O, Brüsseldə sammitə sədrlik edəcək Avropa Şurası Prezidenti Şarl Mişelə göndərdiyi məktubda təkid edib ki, ilk öncə Ukraynanın Avropanın gələcəyi barədə “strateji müzakirə” olmalıdır və xəbərdarlıq edib ki, icbari qərar Aİ-nin birliyini poza bilər.

Rusiya Prezidenti Vladimir Putinin Avropadakı ən yaxın müttəfiqlərindən biri hesab edilən Orban Ukraynanın Aİ-yə üzv olmasına “işıq illəri” qaldığını iddia edir.

Forum

XS
SM
MD
LG