Accessibility links

Zelenski: "Ukrayna qanunları qalib gələcək"


Böyük Britaniya Müdafiə Nazirliyinin Ukrayna ilə bağlı cümə günü kəşfiyyat məlumatında deyilir ki, "Rusiyanın keçən ay Dnepr çayının qərb sahilindən çəkilməsi Ukrayna Silahlı Qüvvələrinə əlavə Rusiya logistika qovşaqlarına və kommunikasiya xətlərinə zərbələr endirmək imkanı verib".

"Bu təhlükə çox güman ki, Rusiya logistiklərini dəmir yolu keçid məntəqələri də daxil olmaqla, təchizat qovşaqlarını daha cənuba və şərqə köçürməyə sövq edib" - deyə, Twitter-də dərc olunan hesabatda deyilir. "Rusiya logistika bölmələri dəmir yolundan avtomobil nəqliyyatına əlavə işmi həcmi ilə yükləmə-boşaltma işləri aparmalı olacaq.

Sonradan yol hərəkətləri Rusiyanın müdafiə mövqelərini təchiz etməkdə davam edərkən Ukrayna artilleriyasına qarşı həssas olacaq".

Nazirlik bildirib ki, "Rusiyanın döyüş sursatı çatışmazlığı [bu logistika çətinlikləri daha da artır], ehtimal ki, hazırda Rusiyanın effektiv, genişmiqyaslı quru hücum əməliyyatlarına yenidən başlamaq potensialını məhdudlaşdıran əsas amillərdən biridir".

ABŞ prezidenti Co Bayden Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra cümə axşamı deyib ki, o, Rusiya prezidenti Valdimir Putinlə yalnız Putin Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq istəsə, danışmağa hazır olacaq. Bayden deyib ki, Putinlə istənilən görüşü NATO müttəfiqləri ilə məsləhətləşdikdən sonra edəcək. O, "Mən bunu təkbaşına etməyəcəyəm" deyib.

Cümə axşamı gündəlik müraciətində Ukrayna prezidenti Volodimir Zelenski 31 il əvvəl dekabrın 1-də "dövlətin bütün ərazisini birləşdirən referendumu xatırladıb... Hər kəs öz dəstəyini ifadə etmişdi".

"Xalq Ukraynanın Müstəqilliyinin Elan Aktını - azad və qanuni şəkildə təsdiqləyib. Bu, əsl referendum idi... vicdanlı referendum idi və buna görə də dünya onu tanıyıb... Ukrayna qanunları qalib gələcək" - deyə, Ukrayna prezident bildirib.

Zelenski, həmçinin çıxışında Ukraynanın mənəvi müstəqilliyini təmin etmək istədiyini, çox güman ki, təhlükəsizlik qüvvələrinin axtarış həyata keçirdiyi Kyivdəki 1000 illik Şərqi Pravoslav monastırı olan Rusiyaya bağlı Ukrayna Mağaraları Monastırına son basqını nəzərdə tutaraq bildirib.

Zelenskinin müşaviri Rusiyanın Ukraynaya müdaxiləsi zamanı 13 min ukraynalı əsgərin həlak olduğunu bildirib.

XS
SM
MD
LG