Accessibility links

Çinin zəlzələdən zərər çəkmiş ucqar bölgələrinə aparan yol təmizlənib


Çinin Siçuan vilayətində təxminən 200 nəfərin həlak olduğu və 11 min insanın xəsarət aldığı şiddətli zəlzələdən sonra ucqar bölgələrdə aparılan xilasetmə əməliyyatlarında inkişaf müşahidə edilir.

Şənbə günü səhər baş vermiş zəlzələdən sonra dövlət mətbuatı Luşan rayonuna aparan yolun və telefon xətlərinin sıradan çıxdığı haqda xəbər vermişdi. Lakin o zamandan bəri xilasetmə dəstələri zərər çəkmiş yerlərə ağır avadanlıq çatdırmaq üçün dinamit partladaraq, maqistral yolları dağıntılardan təmizləyib. Minlərlə insan elektrik və telefon xidməti ilə təmin edilib.

Zəlzələdən zərər çəkmiş minlərlə insan müvəqqəti olaraq Qırmızı Xaç təşkilatının yaratdığı çadır şəhərciklərində məskunlaşıb. Evlərindən didərgin düşənlər ərzaq və su ilə təmin edilib.

Çinin rəsmi Sinxua xəbər agentliyi bildirib ki, xilasetmə dəstələri dağlıq Luşan rayonunda dağıntılar altında olan doqquz kənd sakinini xilas edə bilib. Xilas olanlar yaşlılar və uşaqlar olub. Onlar arasında 85 yaşlı insan və iki yaşlı uşaq da olub.
XS
SM
MD
LG