Accessibility links

Zimbabvenin müxalifət lideri Morqan Çanqiray 65 yaşında vəfat edib


Zimbabvelilər müxalifət lideri Morqan Çanqirayın ölümünə görə matəm içindədir.

65 yaşlı Çanqiray xərçəng ilə uzun müalicədən sonra Cənubi Afrikada vəfat edib.

O, sabiq prezident Robert Müqabenin rejiminə qarşı inadkar mübarizəsi ilə tanınırdı.

Blessinq Mpefa İcma prezidenti: “Çox təəssüf ki, Zimbabve siyasəti bu cür lideri itirdi. Bizə belə güclü müxalifət lazımdır.”

Kosmas Fono İcma prezidenti: “O, aparıcı siyasi fiqurlardan biri idi və bu, ölkə üçün böyük itkidir. Mən Demokratik Dəyişiklik Hərəkatının nə edəcəyinə əmin deyiləm. Lakin bu əvəz olunması çətin olan bir itkidir.”

Çanqirayın liderliyi Demokratik Dəyişiklik Hərəkatına qələbə gətirməsə də, dəstəkçiləri onun səylərini çox yüksək qiymətləndirirdilər.

XS
SM
MD
LG