Accessibility links

Zimbabvenin yeni prezidenti inaqurasiya çıxışını edib


Zimbabvenin yeni prezidenti inaqurasiya çıxışı zamanı sələfini alqışlayaraq, gələn ilə planlaşdırılan seçkilərin demokratik yolla keçiriləcəyinə vəd verib. O, zimbabvelilərin keçmişin kölələri olmayacağını bildirib.

Emmerson Mnanqaqva yeni prezident kimi bu gün and içib.

Sabiq prezident Muqabeni "fmillətin atası" adlandıraraq, onun səhvlərə yol verdiyini etiraf edib.

Zimbabvenin sabiq prezidenti və onun xanımına toxunulmazlıq statusu verilib.

Hakim ZANU-PF və jurnalistlər Amerikanın Səsinə xəbəri təsdiq edib.

Muqabe Zimbabve generalları və siyasi liderlərlə təqaüd məsələsini müzakirə edir.

Robert Muqabe parlamentin onun 40 illik hakimiyyətinə son qoymaq üçün impiçment prosesinə başlamasından sonra Zimbabve prezidenti kimi vəzifəsindən istefa verib.

​93 yaşlı Muqabe ordunun hakimiyyəti ələ almasından və onun özünün mənsub olduğu ZANU-PF partiyasının istefa çağırışlarından bir həftə sonra hələ də hakimiyyətdə qalmaqda davam edirdi.

Parlamentin spikeri Ceykob Mudendanın Muqabenin istafa verdiyi və impiçment prosesinin dayandırıldığını elan etməsi böyük sevinclə qarşılanıb.

Muqabenin qəfil süqutunun əsas səbəbi onun hakimiyyətinə qarşı ümumxalq etirazı ilə deyil, onu hakimyyətdə əvəz edəcək iqtidar nümayəndələri arasında rəqabətlə bağlıdır.

İnsan haqlarının müdafiəsi qrupları Muqabeni seçkilərin saxtalaşdırılması korrupsiya, işgəncələr və minlərlə siyasi opponentinin qətlinə imkan yaratmaqda günahlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG