Accessibility links

Zimbabvedə etirazlar baş qaldırıb


Yüzlərlə zimbabveli yanacaq qiymətlərinin artmasına etiraz olaraq nümayiş keçirib. Etirazçılar hökumətin çökmüş iqtisadiyyatına dair izahat tələb edib.

Nümayişçilərən biri-Simbai Rays deyib ki, administrasiya nağd pul və ərzaq qıtlığına son qoymağa nail olmayıb. O, 2017-ci ildə sabiq prezident Robert Muqabeni əvəz edərkən prezident Emmerson Mnanqaqvanın vəziyyəti düzəldiləcəyinə vəd verdiyini deyib.

“İqtisadiyyat relsdən çıxıb. İstərdim ki, liderlər iqtisadiyyata diqqət yetirsin. Xüsusilə də yanacaq və ən adi tələbata. İnsanlar narazıdır. Avtobusda gediş 1 dollardan 5-ə qalxıb. İndi piyada getməliyəm. O qayıdıb problemləri həll etməlidir” , Rays əlavə edib.

Prezident Mnanqaqva dünən ölkəni tərk edərək, Rusiyaya yola düşüb. O, səfəri çərçivəsində Qazaxıstan, Belarus və Azərbaycanda da olacaq.

Daha sonra onun yanvarın 22-də Davosda keçiriləcək Dünya İqtisadiyyat Forumuna qatılacağı gözlənilir.

Yanacaq qiymətlərinin qalxmasını Mnanqaqva ötən həftənin sonu elan edib. Qiymətlərin artımı 200% təşkil edib və artıq yanvarın 13-də bir litr benzinin qiyməti 3.31 ABŞ dolları, dizel yanacağının qiyməti 3,11 dollar həddinə çatıb.

Bazar ertəsi paytaxt Harareyə çoxsaylı əsgər və polis qüvvəsi yerləşdirilib. Nümayişlər ölkənin ikinci böyük şəhəri Bulavayoda da keçirilib.

Nümayişlərin dağıdılması üçün polis gözyaşardıcı qazdan istifadə edib.

Hökumət isə qiymətlərin artımının insanların yoxsulluğuna səbəb olduunu etiraf edib. Ölkə rəhbərliyi hökumətin əlindən gələni etdiyini bəyan edib.

Son həftələr bəzi hökumət işçiləri maaşlarının dollarla ödənilməsini və ya məvaciblərinin qaldırılmasını tələb edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG