Accessibility links

Zorakı nümayişlərə 4 ekstremist qrupun müdaxiləsindən şübhələnilir


Ştat rəsmiləri ABŞ-da polis tərəfindən saxlanılarkən həyatını itirən Corc Floydun ölümünə etirazlar zamanı zorakılıqların qızışdırılmasında xarici ekstremist təşviqatçıları günahlandırır.

Minnesata qubernatoru Tim Valz zorakı nümayişçilər arasında ağ supremamsitlərin olduğunu bildirib. Qubernator onların nümayişçilər arasına qatılaraq zorakılıqlara yol açdığını deyib.

Bu iddialar ortaya çıxmazdan əvvəl ABŞ prezidenti Donald Tramp da Antifa kimi tanınan sağ cinah anti-faşizm fəallarını günahlndırmış və bu təşkilatın terrorçular siyahısına salınacağına vəd vermişdi.

ABŞ-ın baş prokuroru Vilyam Barr Antifa və digər qrupların zorakılıqlarına "daxili terrorizm" kimi davranılacağını deyib.

Ekstremist hərəkatlarda şübhələnilən qruplar:

Ağ supremasistlər

Ağ supremasistlər ağların irqinə üstünlük verən qruplar və şəxslərdir. Mühacirət əleyhinə olan bu insanlar ağ olmayanların ölkədən xaric edilməsinin tərəfdarıdır.

Bir zamanlar Ku Klus Klan və neo-nasist təşkilatlarının üzvləri son illər rəhbərsiz fəaliyyət göstərir. Onların çoxu hazırda fəaliyyətlərini onlayn davam etdirir.

Ağ supremasistlərin heç də hamısı zorakılıq tərəfdarı deyil. Lakin bəziləri sağ-ifrat ideologiyası altında son illər kütləvi qətllərə əl atır.

Federal Təhqiqat Bürosunun (FBİ) direktoru Kristofer Reyin dediyinə görə, daxili terrorizm istintaqların çoxu ağ supremasistlərin fəaliyyətini aşkara çıxarıb.

Buqalo oğlanları

Hökümət əleyhinə hərəkatın nisbətən yeni bir təcəssümü olan Buqalo oğlanları vətəndaş müharibəsi üçün ikinci bir Buqalonu müdafiə edən onlayn bir toplumudur.

Elon Universitetinin kompüter elmləri professoru Meqan Squir deyib ki, bu hərəkat ötən il ağ supremasistlərin vətəndaş deyil, irqi müharibə terminini seçməsindən sonra başlayıb. Onun sözlərinə görə, buqalolar özlərini tiranlığa qarşı mübarizlər kimi tanıdır.

Antifa

Kimdən soruşulacağından asılı olaraq Antifa anti-faşizm qrupu kimi deyil, ifrat solçu, neo-nasizm və digər ekstremist qrupların əleyhinə olan və bir tənqidçinin dediyi kimi "ifrat anarxist-kommunist hərəkatıdır."

2017-ci ildə Antifa tərəfdarları Virciniya ştatının Şarlotsvill şəhərində keçirilən və sonradan zorakılığa çevrilən "Hüuquları birləşdirin" yürüşünə əks-nümayiş keçirlənlər arasında olmuşdu.

Antifa bir qrup olmasa da, Trampın onu terror təşkilatı adlandırmasının necə baş tutacağı bəlli deyil.

Ədliyyə Nazirliyi buna münasibət bildirməkdən imtina edib.

Anarxistlər

Sağ və solçuların dəstəklədiyi anarxistlər hökuməti qeyri-legetim hesab edir və xaos yaratmağa can atır.

Onların kökü ABŞ-da prezident Vilyam Makkinlinin 1901-ci ildə anarxist tərəfindən qətlə yetirmilməsi ilə bir əsrdən çox bir vaxta dayanır.

Bu gün gənc anarxistıər anti-irqçilik hərəkatının üzvləridir.

Tənqidçilər çox hallarda Antifa üzvlərini anarxist kimi qələmə verir.

Tramp isə son zorakı nümayişlərə görə sol-ifrat anarxistləri günahlandırır. Lakin anarxist hərəkatı sağçılar arasında da artmaqdadır.

Cənub Yoxsulluq Hüququarı Mərkəzinin bildirdiyinə görə, Bey Bölgəsi Milli Anarxistləri "Milli neo-qəbilə, yalnız ağlar anklavlarına aparan bir irqi müharibə tərəfdarıdır".

XS
SM
MD
LG