Bu gün dünyada qadınlara qarşı zorakılıqlarla mübarizə günü qeyd edilir.
Bu gün BMT-nin Baş Assableyası tərəfindən 1999-cu ildə təsis edilib.
BMT-nin baş katibi Ban Gi Mun bəyanatla çıxış edərək, hökumətləri qadın və qızlara qarşı hər növ zorakılığın aradan qaldırılmasına çağırıb.
BMT-nin Gender bərabərliyi və qadınların inkişafı komitəsi zorakılıqlara məruz qalan qadınların müdafiəsini nəzərdə tutan "COMMIT" adlı yeni təşəbbüslə çıxış edib.
Avropa İttifaqının xarici əlaqələr şöbəsinin rəhbəri Katrin Eşton qadınlara qarşı zorakılqları zəmanəmizin insan hüquqları pozuntularının ən bariz nümunəsi olduğunu bildirib.
BMT-nin bildirdiyinə görə, dünyanın 125 ölkəsində ailə zorakılıqları ilə bağlı qanunlar qüvvədədir. Lakin 603 milyon qadın ailə zorakılıqlarının cinayət hesab edilmədiyi ölkələrdə yaşayır. Bu ölkələrdə hər 10 qadından 7-i fiziki və seksual zorakılıqların hədəfidir.