Accessibility links

Zorakılığa məruz qalan beş yaşlı qızın vəziyyəti yaxşılaşır


Həkim Hindistan paytaxt Dehlidə oğurlanıb zorlanan və işgəncəyə məruz qalan beş yaşlı qızın vəziyyətinin nisbətən yaxşılaşdığını deyib.

Ötən cümə günü ölkənin ən böyük xəstəxanasına çatdırılan qız oludqca ağır durumda idi. Lakin həkim müalicə nəticəsində onun vəziyyətinin sabitləşdiyini bildirib.

Bu arada, Hindistan küçələri boyu yüzlərlə insan üçüncü gün bir-birinin ardınca nümayişlər keçirib.

Nümayişçilər qızın itməsi xəbərinə əhəmiyyət verməyib və məsələnin şişirdilməməsi üçün uşağın valideyinlərinə rüşvət təklif edildiyi barədə məlumatlardan sonra Dehli şəhər polis rəisinin istefasını tələb edib.

Hadisə ilə bağlı Hindistan polisi uşağın 22 yaşlı qonşusunu həbs edib.

5 yaşlı qız aprel ayının 15-i evindən yoxa çıxıb və üç gün sonra qapalı otaqda aşkar edilmişdi. Polis qəddar zorakılıqdan sonra usağın ölməsi üçün onun bağlı otaqda saxlnıldığını bildirib.

Nümayişçilər Hindistanda qadın və qızların müdafiə olunmadığı ilə bağlı suallar qaldırıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG