ABC-nin İraq jurnalistləri qətlə yetirilib

ABŞ-ın ABC tele-şirkətinin məlumatında deyilir ki, onların Bağdad bürosundakı iki iraqlı jurnalist girov götürüldükdən sonra qətlə yetirilib. Jurnalistlərin maşınlarının işdən qayıdarkən silahlı naməlum şəxslərin hücumuna məruz qaldığı bildirilir.

ABŞ-ın İraqdakı hərbi qüvvələrinin bildirdiyinə görə, bu gün koalisiya qüvvələrinin reydi zamanı Bağdadda 6 adam nəzarət altına alınıb. Həmin şəxslərin İrandan partlayıcı maddələr aldığından şübhələnilir. Başqa bir xəbərdə isə deyilir ki, İraq qüvvələri üç Amerika əsgərinin axtarışını apararkən 16 adamı nəzarət altına alıb.