Azərbaycan dövlət başçısının prezidentliyə namizədliyi irəli sürülüb

Azərbaycanın hakim partiyası hazırki dövlət başçısı İlham Əliyevin ikinci 5 il müddətə prezidentliyə namizədliyini irəli sürüb. Bu gün Yeni Azərbaycan Partiyası yekdilliklə bu qərarı təsdiq edib. Bu gün habelə iki müxalifət partiyası - Musavat və Demokrat partiyaları oktyabrın 15-də keçiriləcək seçkiləri boykot edəcəyini elan edib. Onlar boykotu ölkədə söz azadlığına qoyulan məhdudiyyətlərin ədalətli kampaniyanın aparılmasını qeyri-mümkün etməsi ilə əsaslandırırlar. Başqa bir müxalifət qrupu Azadlıq Bloku isə boykot qərarını daha əvvəl elan etmişdi. Qeyd edək ki, prezident İlham Əliyev ilk dəfə 2003-cü ildə prezident seçilib və atasının yolunu davam etdirərək neftlə zəngin ölkəni öz nəzarətində saxlayır. İnsan haqları qrupları dəfələrlə Azərbaycan rəsmilərini müxalifəti təqib etməkdə və müstəqil mətbuatın səsini boğmaqda ittiham edib.