ABŞ-ın
iqtisadiyyat üzrə yüksək rütbəli rəsmisi deyir ki, 800 milyard dollarlıq stimul
paketi dayanıqlı iqtisadi bərpa üçün kifayət etməyə bilər.ABŞ Federal Ehtiyatlar Bürosunun sədri Ben Bernanke
bildirib ki, növbəti prezident Barak Obamanın təklif etidiy plan iqtisadiyyata
iri təkan vermiş olacaq.Amma o, habelə
xəbərdarlıq edib ki, hökumət ölkənin maliyyə sisteminin islahatı üçün tədbirlər
görməlidir.Bernanke deyib ki, qlobal
iqtisadi bərpanın durumu qeyri-müəyyən olaraq qalır.O, söyləyib ki, maliyyə böhranı göstərir ki,
dünya ölkələri bir-birinə sıx bağlıdır, və ölkələr ayrı-ayırılıqda iqtisadi,
maliyyə və nizamlayıcı siyasət yürüdə bilməzlər.Bu arada ABŞ hökuməti məlumat verir ki, neft
qiymətlərinin kəskin enməsi və istehlakçı xərclərinin azalması ilə əlaqədar
ölkənin ticarət defisiti son 5 ildə ən aşağı səviyyəyə düşüb.ABŞ idxalları 12 faiz azalıb ki, bunun ən
böyük hissəsi Çin məhsullarının payına düşür.