Kolumbiyada donuz qripi qeydə alınıb

Kolumbiya ilk H1N1 donuz qripi halının qeydə alındığın xəbər verir. Sosial müdafiə naziri Dieqo Palasio deyir ki, xəstə evdə yaxşı durumdadır. Xəstənin virusundan nümunə anaqliz üçün Birləşmiş Ştatlara göndərilib. 18 nümunədən yalnız biri H1N1 vurusu kimi təsdiq olunub. Palasio deyir ki, testinin nəticəsi müsbət olan xəstə bu günlərdə xəstəliyin episentri olan Meksikadan qayıdıb. Şənbə günü Meksika rəsmiləri virusun 3 adamın həyatına son qoyduğunu xəbər veriblər. Beləliklə də ölənlərin sayı 19-a, virusa yoluxmuş insanların sayı isə 454-ə çatıb.