ABŞ
ordusunun bildirdiyinə görə, əsasən amerikalılardan ibarət mindən çox NATO
əsgəri Əfqanıstanın cənubunda Talibanın əsas istehkamına qarşı yeni hücuma
başlayıb. Ordu rəsmiləri deyib ki, Helmənd vilayətində heyata keçirilən
əməliyyatlarda əfqan qüvvələri də iştirak edir. Əməliyyat Helmənd
vilayətinin Nov Zad vadisindən
yaraqlıları təmizləmək və minalar, yolkənarına yerləşdirilmiş bombalar və başqa
partlayıcı maddələri aşkarlamaq məqsədi daşıyır. Xatırladaq ki, 3 gün əvvəl ABŞ
prezidenti Barak Obama Əfqanıstana əlavə 30 min qüvvə göndəriləcəyinə söz verib.