Abxaziya regionunda bu gün prezident seçkiləri keçirilir

Gürcüstanın separatist Abxaziya regionunda bu gün prezident seçkiləri keçirilir. Hazırkı prezident Sergey Baqapş ikinci dönəm prezidentlik uğrunda yarışlarda iştirak edir. Baqapş sabiq vitse-prezident Raul Xacimba da daxil edilməklə, digər namizədlərdən irəlidədir.

Bu seckilər Rusiyanın Abxaziyanın müstəqilliyini tanımasından sonra keçirilən ilk seçkilərdir.

Abxaziyanı Rusiyadan başqa rəsmən tanıyan ölkələrə Nikaraqua və Venesuela daxildir.