Amerikalı seçicilər yüksək seçici fəallığı ilə müşayiət olunan 2020 seçkilərinin proqnozlaşdırılan nəticələrini eşitmək üçün bir neçə gün gözlədilər. Bu il seçkilər pandemiya və güclü bölünmə şəraitində keçib.
İllərlə davam edən siyasi bölünmə, aylarla sürən etirazlar və nəhayət mübahisəli seçki. Co Baydenin Birləşmiş Ştatların növbəti prezidenti olacağı proqnozu ilə yorğun və qəzəbli amerikalı seçicilər üçün indi hansı gözləntilər var?
“Elə insanlar var ki, heç vaxt bununla barışmaycaqlar, amma o, boşluğu aradan qaldırmaq üçün əlindən gələni etməli olacaq. Bir işin nə qədər çətin olacağını təsəvvür edə bilmirəm” - deyə, Co Bayden tərəfdarı Steysi bildirib.
Seçkilərin nəticələri hər iki tərəfdəki insanları günlərlə gərginlikdə saxladı. İndi Bayden tərəfdarları irəliləməyə can atırlar. Tramp tərəfdarları isə prezidentin seçici saxtakarlığı iddialarını sübutlar olmadan təkrar edir və səslərin yenidən hesablanması və araşdırmalara çağırır.
"Fırıldaq əlaməti yoxdursa, nəticələr nə olursa-olsun, düşünürəm ki, irəliləyə bilərik" - deyə, Tramp tərəfdarı Donna İnqrassiya qeyd edib.
Hər iki tərəfdən bir çox insan əvvəl-axır diqqətin seçkilərdən mövcud problemlərə yönəldiləcəyinə ümid edir.
Tramp və Baydenin tərəfdarları sabiq vitse-prezidentin proqnozlaşdırılan qələbəsindən sonra küçələrə çıxdı.
“Tramp tərəfdarları da elə eyni musiqini səsləndirir, hər kəs eyni musiqini sevir. Və düşünürəm ki, bu, əslində sağalma prosesinin bir hissəsi olacaq gözlənilməyən bir nəticədir” - deyə, Bayden tərəfdarı Con fikrini bölüşüb.
Bölünmüş Amerika, lakin bəzi ortaq hədəflər.