Bakının mərkəzində bomba həyəcanı yaşanıb

Bomba həyacanı

Bakının mərkəzində bomba həyəcanı yaşanıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri Səbail rayonunda ictimai-iaşə obyektlərindən birində partlayıcı maddənin olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub və əraziyə baxış zamanı heç bir şübhəli əşya aşkar edilməyib.