Baydenin BMT Konfransında ABŞ-ın iqlim dəyişikliyi ilə mübarizə səyləri haqda danışacağı gözlənilir

ABŞ prezidenti Co Bayden cümə günü Misirdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı COP 27-də iştirak edir.

Onun ABŞ-ın ölkə daxilində və xaricdə iqlim problemlərinə qarşı mübarizədə gördüyü işlər barədə danışacağı gözlənilir.

Bununla belə, o, yəqin ki, konfransdakı bəzi nümayəndələrin ABŞ-ın etdikləri ilə maraqlanmadığını görəcək. Əksinə, bir çoxları varlı ölkələrin ekoloji fəlakətlərdən əziyyət çəkən ölkələr üçün dərhal nə edə biləcəyi ilə daha çox maraqlanır.

Məsələn, Pakistan bu il ölkəni bataqlığa qərq etdiyi və on milyardlarla dollar zərər vuran iqlimlə əlaqədar daşqınlara görə dərhal kompensasiya tələb edir.

"Distopiya artıq qapımıza çatıb", Pakistanın İqlim naziri Şerri Rehman Reuters-ə bildirib.

2015-ci ildə 196 tərəf, digər şeylərlə yanaşı, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyindən itki və zərərlə mübarizədə kömək etmək üçün varlı dövlətlərə ildə 100 milyard dollar ayırmağı öhdəsinə götürən qanuni qüvvəyə malik olan Paris Sazişini imzalayıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının töhfələrinin izlənməsi göstərir ki, ölkələr bu məqsədə çata bilməyib.

Ekoloqlar deyirlər ki, zəngin dövlətlər iqlim dəyişikliyinin səbəb olduğu itki və zərəri qarşılamaq üçün 100 milyard dollarlıq öhdəliklərini yerinə yetirməyə diqqət yetirməlidirlər.

Bu arada, Pakistanın xarici işlər naziri Bilaval Butto Zardari ölkələrin iqlim dəyişikliyinin təsirləri üçün ehtiyac duyduğu xərcləri ödəmək üçün yeni bir plan hazırlayıb.

"Bizim inkişaf etmiş ölkələrə olan borcumuzu inkişaf etmiş ölkələr daha zəngin ölkələrin bank hesablarına köçürmək əvəzinə, onu birbaşa daha yaşıl rekonstruksiyaya, bərpa olunmağa, enerjimizin ötürülməsinə, uyğunlaşmaya, təsirin azaldılmasına, itkilərimiz və zərərlərimizə dair xərcləyə biləcəyimiz bir ssenarini təsəvvür edə bilərik. Və inkişaf etmiş ölkələr çətin nağd pul köçürmədən, bu cəbhədə öhdəliklərini yerinə yetirdiklərini söyləyə biləcəklər", Zərdari bildirib.

Bayden cümə günü Misirin kurort şəhəri Şarm əl-Şeyxdən ayrıldıqdan sonra Şərqi Asiyada iki beynəlxalq sammitə yollanacaq.