Kabildə partlayış nəticəsində Rusiya səfirliyinin 2 əməkdaşı ölüb

Sentyabrın 5-də Əfqanıstanın paytaxtı Kabildə Rusiya səfirliyinin girişində baş verən partlayış azı səkkiz nəfərin, o cümlədən diplomatik missiyanın iki əməkdaşının ölümü ilə nəticələnib.

Rusiya dövlət mediası xarici işlər nazirliyi və şahidlərə istinadən bildirib ki, “naməlum terroruçu partlayıcı cihazı” Rusiya diplomatı növbədə dayanan viza müraciətçilərinin adlarını açıqlamağa çıxdığı zaman “işə salıb.”

Həmin diplmatın aqibəti məlum deyil.

Kabil polisinin sözçüsü Xalid Zadran deyib ki, intiharçı bomba hücumunu həyata keçirən şəxs hədəfinə çatmadan Taliban təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

“Bomba hücumçusu izdihamın içində özümü partlatmaq niyyətində idi, amma təhlükəsizlik qüvvələri müdaxilə etdi və o, öz niyyətinə çatmadan onu hədəflədi, bu da partlayışa səbəb oldu,” Zadran Twitter-də bildirib.

Zadran dörd əfqanıstanlı mülki vətəndaşın öldüyünü təsdiq edib və əlavə edib ki, insident nəticəsində azı 10 nəfər yaralanıb.

Moskvanın Kabildəki səfirliyi “Əfqanıstanın xüsusi xidməti ilə yaxın əlaqədədir və onlar insidentlə bağlı təhqiqat başladıb,” Rusiyanın xarici işlər nazirliyi bildirib.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və onun Tacikistandakı həmkarı Sirociddin Muhriddin Moskvadan ikitərəfli görüşlərdən sonra Kabil hücumunun qurbalarına ehtiramlarını çatdırıblar.

Hücumun məsuliyyətini dərhal üzərinə alan olmayıb. Bu, Taliban bir il öncə hakimiyyəti ələ keçirəndən sonra Əfqanıstan paytaxtında bir diplomatik missiya qarşısında baş verən ilk hücumdur.

Taliban xarici işlər nazirliyinin sözçüsü Əbdul Qahar Balxi deyib ki, təhlükəsizlik qüvvələri “hərtəfəli” istintaq başladıb və səfirlikdə təhlükəsizlik tədbirlərini artıracaq.

“İslam Əmirliyinin Rusiya Federasiyası ilə yaxın münasibəti var və düşmənlərə bu cüm mənfi əməllərlə iki ölkə arasında münasibətləri sabotaj etməyə imkan verməyəcək,” Balxi Twitter-də deyib.

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Missiyası ölümcül hücumu pisləyib və ölənlərin ailələrinə başsağlığı bildirib.

“Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Missiyası son hadisələr fonunda de fakto hakimiyyətin insanların, habelə diplomatik missiyaların təhlükəsizliyini təmin etmək üçün addımlar atmalı olduğunu vurğulayır,” missiya Twitter-də yazıb.

İslamçı Talibanın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstanın əksər hissələrində təhlükəsizlik bərpa olunub, amma Taliban tərəfdarı ruhaniləri və ölkədə azlıqda olan şiə müsəlman icmasını hədəf alan bomba partlayışlarının sayı artıb.