Dünyadan görüntülər

Britaniyanın baş naziri Boris Conson İngiltərənin Uttokseter şəhərindəki zavodda üzərində Mühafizəkarlar Partiyasının "Brexit işini bitirin" şüarı yazılmış yükqaldıran maşın sürür. 

 

Yanqonda insanlar Beynəlxalq Ədalət Məhkəməsində Myanmanı Rohinca müsəlmanalarına qarşı soyqırım ittihamlarından müdafiə etmək üçün Haaqaya səfərə hazırlaşan Myanmanın dövlət müşaviri Aung San Suu Çiyə dəstək bildirir.  
 

Myanma lideri Aung San Suu Çi Haaqada Beynəlxalq Ədalət Məhkəməsində Myanmanın azlıqda olan Rohinca müsəlmanlarına qarşı soyqırımı ilə bağlı dinləməni tərk edən zaman etirazçılarla qarşılaşır. 
 

Nümayəndələr Palatasında Demokratlar Vaşinqtonda keçirdikləri mətbuat konfransında Prezident Donald Trampın impiçment prosesi ilə əlaqədar növbəti addımları müzakirə edir. 
 

Tailandda Banqkokda Milad günü və Yeni İl ərəfəsində bayramı işıqları qurulur.  
 

Efiopiyanın Baş Naziri Abiy Əhməd Əliyə Norveçdə Osloda Nobel Sülh mükafatı təqdim edilir. 
 

Yanğınsöndürənlər Avstraliyada Sidneyin 100 kilometrliyində yanğınlarla mübarizə aparır. 
 

Kaliforniyanın Klaremont şəhərindəki kilsədə İsa Məsih, Məryəm Ana və Yusifin heykəlləri yerləşdirilib.
 

Afinada Yunanıstan prezident sarayında Serbiya prezidenti Aleksandr Vuçiçin qarşınlama mərasiminə hazırlıqlar gedir. 
 

Yaponiyada Tokiodakı Rikugien Bağının ziyarətçiləri payız yarpaqlarına tamaşa edir.  
 

Britaniyanın Birminqam şəhərinin küçələrində divar rəsmləri insanları cəlb edir.