Peyklər dəniz səviyyəsinin sürətlə artdığını göstərir

Your browser doesn’t support HTML5

ABŞ və Avropadan olan alimlər getdikçə artan qlobal dəniz səviyyəsi haqda məlumat toplamaq üçün fəzaya göndərilən ən son peyk üzərində fikirlərini cəmləşdiriblər. Son məlumatlar göstərir ki, dəniz səviyyəsi sürətlə artır. Alimlər deyir ki, bu məlumatlar həmçinin iqlim dəyişikliyinə işarə edir.