Avropada Miqrant Böhranı 16 senyabr, 2015

Sərhədin Serbiyaya aid olan hissəsində, Roszke yaxınlığında miqrantlar macar polisinin bibər qazından və supüskürən borulardan istifadəsinə reaksiya verirlər,  16 sentyabr, 2015.

Miqrant Macarıstanla Serbiya arsındakı sərhəd keçid məntəqəsində macar polisinə butulka atır.  Horqos, Serbiya.

Miqrantlar Serbiya-Macarıstan sərhədində etiraz edirlər. Horqos, Serbiya. 16 sentyabr, 2015.

Miqrantlar Serbiyanın Horqos sərhəd keçid məntəqəsində dincəlir.  Macarıstana keçmək istəyən miqrantlar yerli polisdən müqavimətlə üzləşir. 

Macarıstanla sərhəddə toplaşmış miqrantlar əllərində "Merkel" yazılmış plakat tutublar.  Horqos, Serbiya.

Macarıstan polisi sərhəddə patrul çəkir. Əsas sərhəd məntəqəsi sayılan Roszke paytaxt Budapeştdən 180 kilometr cənub-şərqdə yerləşir. Macarıstan rəsmiləri sərhəd keçid məntəqəsini bağlayıblar.

Miqrantlar Serbiyanın Horqos kəndi yaxınlığındakı baryer qarşısında yatırlar.

Miqrantlar Serbiya ilə Xorvatiya arasındakı sərhədə yaxın tarlaları keçirlər.  Tovarnik, Xorvatiya.

Xorvat polisi Tovarnik kəndi yaxınlığında Serbiyadan ölkəyə keçmiş miqrantları saxlayırlar. 

Miqrantlar Avstriya ilə sərhəd keçid məntəqəsindən Almaniyaya doğru irəliləyirlər. Freilassing.

Küçə artisti Berlin Səhiyyə və Sosial İşlər idarəsi qarşısında toplaşmış miqrantları əyləndirir. Berlin, Almaniya.