Dünya fotolarda
Kimono geymiş qızlar 20 yaşlarının tamam olmasını bayram edirlər. Tokyo, Yaponiya.
Dindarlar Jones körpüsündə ənənəvi yürüş keçirir. Manila, Filippin.
Parik geymiş hakimlər hüquqi yeni ilin başlanğıcını qeyd edir. Honq Konq, Çin.
Miqrant gömrük anbarının qarşısında havayı yemək yeyir. Belqrad, Serbiya.
Papa Fransis diplomatik korpusun nümayəndələri ilə birlikdə. Sistin kilsəsi, Vatikan.
Xüsusi təyinatlı polis qüvvələri İstiqlal küçəsində patrul çəkir. İstanbul, Türkiyə.
Kişi sabiq İran prezidenti Əkbər Haşemi Rəfsəncaninin tabutuna toxunur. Camaran məscidi, şimali Tehran, İran.
Sovet kosmonavtı Yuri Qaqarinin heykəlinin arxa fonunda elektrik stansiyasının trubalarından tüstü qalxır. Moskva, Rusiya.
Aktrisa Meryl Streep "Cecil B. DeMille" mükafatını qəbul edir. 74-cü Golden Globe mükafatları mərasimi. Beverly Hills, Kaliforniya, ABŞ. 8 yanvar, 2017.
Şahin bayquşu budaqda oturub. Vasilkova kəndi, Belarus.