ABŞ və Cənubi Koreya birgə hərbi təlimə başlayıb

Cənubi Koreya və Birləşmiş Ştatlar Şimali Koreyanın etirazına baxmayaraq hər il keçirdikləri ənənəvi hərbi təlimə başlayıblar. Pxenyan bu addımı "işğal üçün hazırlıq" adlandırıb.

“Dəyanət və Şahinlər” adlanan təlim bazar ertəsi başlayıb. Şimali Koreya dəfələrlə xəbərdarlıq göndərərək təlimlərin dayandırılmasını tələb edib. Əks halda daha əvvəl əldə olunan razılığa əsasən hər iki tərəfdən olan ailələrin görüşlərni dayandıracağını deyib.

Hərbi təlimin bir həftə davam edəcəyi planlaşdırılır.

28,000 ABŞ əsgərii Cənubi Koreyada Şimali Koreyadan gələ biləcək təhlükəni dəf etmək üçün yerləşdirilib.