Britaniiya Müdafiə nazirliyi şənbə günü Rusiyanın Ukraynaya hərbi mdaxiləsi ilə bağlı gündəlik kəşfiyyat məlumatında bildirib ki, Qara Dənizdə Ukraynaya gedən hər hansı ticarəti blok etmək Rusiyanın marağında dayil.
Rusiyanın Qara Dəniz Donanmasının imkanları “böyük ölçüdə bütöv” olaraq qalır, ancaq mümkün hərbi itkilər riski və Rusiyanın ticarət gəmilərinə hücumunun “ağır siyasi fəsadları” Ukrayna ilə bağlı ticarətin blokadasından əldə edilən hər hansı qazancdan “yüksək ehtimalla üstün olacaq”.
Ağ Ev cümə günü Şimali Koreyanı Rusiyaya Ukrayna ilə sərhəddə silah göndərməkdə ittiham edib. Ağ Evin iddialar cümə günü Şimali Koreyada sursat anbarından yükün Rusiya bayrağı altınd ahərəkət edən gəmiyə yükləndiyini daha sonra ilə Rusiyanın cənub-qərb sərhədi boyunca qatarla hərəkət etdiyini göstərən peyk görüntülərinə əsaslanır. ABŞ bildirir ki, yükün çatdırılması sentybarın 7 ilə oktyabrın 1 arasında baş tutub.
“Biz Şimalo Koreyanı Rusiyanı Urkayna şəhərlərinə hücum etmək, ukraynalı mülki şəxləri öldürmək və Rusiyanın qanunsuz müharibəsini irəlilətmək üçün istifadə olunacaq bu hərbi tenika ilə təmin etdiyinə görə qınayırıq,” Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Direktoru Con Kirbi cümə günü deyib.
Kirbi bildirib ki, Şimali Koreya son həftələrdə Rusiyanı “1000-dən çox hərbi texnika və sursatla dolu konteynerlə” təmin edib.
O deyib ki, ABŞ Kim Conq Unun sursatların müqabilində Şimali Koreyanın hərbi və nüvə proqramını inkişaf etdirmək üçün Rusiyanın qabaqcıl silah tenologiyalarını istədiyinə inanır.
“Şimali Koreya ilə Rusiya arasında bu artan hərbi tərəfdaşlıq, o cümlədən Rusiyadan Şimali Koreyaya texnologiya transferləri, regional sabitliyi və qlobal silahların yayılmaması rejimini pozur,” Kirbi xəbərdarlıq edib.
O qeyd edib ki, Vaşinqton Rusiya ilə Şimali Koreya arasında silah alveri ilə mübarizə aparmaq üçün müttəfiq və tərəfaşları ilə bu cür silah sövdələşmələrini asanlaşdırmaq üçün çalışan şəxslərə və qurumlara sanksiya tətbiq edir.
“Biz Şimali Koreyanın gizlocə Rusiyanın müharibə maşınına yardım etməsinə icazə verməyəcəyik və dünya Rusiyanın bunun müqabilində Şimali Koreyaya verə biləcəyi dəstəkdən xəbərdar olmalıdır,” Kirbi deyib.
Şimali Koreya cümə günü ABŞ-ıın ABŞ-ın təyyarədaşıyan döyüş qrupunun Cənubi Koreyaya göndərilməsini tənqid edərək, bunu “açıq-aşkar hərbi təxribat” və ABŞ-ın ona qarşı hücum planlaşdırdığının sübutu adlandırıb. Şimali Koreya nüvə silahından önləyici istifadəyə icazə verən nüvə doktrinasına uyğun olaraq cavab verməklə hədələyib.
ABŞ Şimali Koreyanı daha öncə də Rusiyanı sursat, artilleriya mərmisi və raketlərlə təmin etməkdə ittiham edib. Şimali Koreya isə daha öncə Rusiyaya hər hansı silah verdiyini təkzib edib.
Odesa hədəfdə
Bundan öncə isə Ukrayna Prezidenti Volodimir Zelenski və Niderland Baş Naziri Mark Rutte Qara Dənizdə liman şəhəri Odesaya ziyarətləri zamanı Ukraynanın havadan müdafiə imkanlarını artırmağı və taxıl ixracı üçün “humanitar dəhlizin” təhlükəsizliyini artırmağı vəd edib.
Zelenski deyib ki, Kyiv Qara Dənizdə mövqeyini gücləndirməyə çalışır ki, Rusiyanın ötən il hrəbi müdaxiləsindən sonra Ukraynanın müdafiə xərcləri üçün əsas gəlir mənbəyi olan taxıl ixraclarını davam etdirə bilsin.
“Biz tərəfdaşlarımızla bu dəhlizləri düzgün müdaifə etmək və Qara Dənizdə mövqelərimizi gücləndirmək üzərində işləyirik. Bu həm də Odesa və bütpv regionun səmasının müdafiəsinə də şamil olunur,” Zelenski deyib.
Odesa regionu tez-tez Rusiyanın raket və dron hücumlarının hədəfinə çevrilib.
Kyiv hökuməti cümə günü bildirib ki, Mosvka Ukrayna taxılıının Qara Dənizdən təhlükəsizl ixracına icazə verən sövdələşmədən geri çəkiləndən bəri, Rusiya altı mülki gəmini, 150 liman və taxıl obyektini vurub, 300 mindən çox taxılı məhv edib.
O, açıqlamasında bildirib ki, 21 gəmiyə artq ixrac üçün taxıl yüklənib və onlar Kyivin avqust ayında elan etdiyi Qara Dənizdə yeni “humanitar” taxıl dəhlizindan istifadə edib. Kyiv hökuməti Ukrayna limanına 25 gəminin daxil olduğunu bildirib.
Rutte cümə günü deyib ki, Niderland Ukraynaya qışda özünü Rusiyanın hava hücumlarına qarş qorumağa yardım etmək üççün əlavə Patriot hava hücumundan müdafiə sistemləri çatdıracaq.
“Rusiya bu qışa Ukraynaya mümkün qədər çox zərər vurmağa çalışacaq. Ona görə də, Niderland əlavə Patriot sistemi verəcək ki Ukrayna özünü Rusiyanın barbar hava hücumlarına qarşı müdafiə edə bilsin,” Rutte Odesada deyib.
Rutte həmçinin bildirib ki, Niderland Ukraynaya taxıl ixracı yolunun təhlükəsizliyini təmin etmək üçün patrul gəmiləri almağa yardım edəcək.