Bağdadda etirazçılar Danimarkada Quran və İraq bayrağının yandırılmasına görə Yaşıl Zonaya daxil olmağa cəhd ediblər

Bir qrup ultramillətçinin Danimarka paytaxtı Kopenhagendə İraq səfirliyi qarşısında Quranı yandırdığına dair məlumatlardan sonra yüzlərlə etirazçı şənbə günü Bağdadda xarici səfirliklərin və İraq hökumət binasının yerləşdiyi Yaşıl Zonaya basqın etməyə cəhd edib.

Təhlükəsizlik qüvvələri Yaşıl Zonaya aparan Cümhuriyyə körpüsünü blok edən etirazçıları geri itələyərək, onların Danimarka səfirliyinə doğru irəliləməsinin qarşısını alıb.

Etirazar İsveçdə İslamın müqəddəs kitabının plalaşdırılılmış yandırılmasından qəzənlənən insanların Bağdadda İsveç səfirliyinə hücum etməsindən iki gün sonraya təsadüf edir. Etrazçılar diplomatik binanı bir neçə saat zəbt edərək, İraqın nüfuzlu şiə ruhanisi və siyasi lideri Müqtəda əs-Sədrinin şəklini əks etdirən plakatlar və bayraqlar dalğalandırıb və kiçik yanğın törədiblər. Səfirliyin əməkdaşları bundan bir gün əvvəl təxliyə edilmişdi.

Bundan bir neçə saat sonra isə İraqın baş naziri Quranın yandırılması səbəbilə İsveçlə diplomatik əlaqələri kəsib.

Ötən ay Stokholmda nümayiş zamanı Quranı yandıran iraqlı mühacir cümə günü eyni şeyi təkrarlamaqla təhdid edib, ancaq daha sonra müqəddəs kitabı yandırmayıb. Ancaq o, kitabın üzərinə və İraq bayrağını, habelə Sədrin və İranın ali ruhani lideri Ayətullah Əli Xameneinin şəkillərini tapdalayıb.

Cümə günü İraq və müsəlmanların əksəriyyət təşkil etdiyi başqa ölkələrdə minlərlə insan dinc etiraz edib.

Bundan əlavə, Danimarka mətbuatında yer alan xəbərlərə görə, Danske Patioter ultramillətçi qrupunun üzlvəri Kopenhagendə İraq səfirliyi qarşısında Quran və İraq bayrağını yandıraraq, bunu Facebook-da canlı göstəriblər.

Kopenhagen polisinin sözçüsü Trine Fisker The Associate Press-ə bildirib ki, cümə günü gündüz saatlarınıda İran səfirliyinin qarşısında 10 nəfərdən az bir qrupun iştirakı ilə “çox kiçik nümayiş keçirilib” və bir kitab yandırılıb.

“Biz kitabın nə olduğunu bilmirik,” o deyib. “Görünür, onlar İraq bayrağını yandırmağa çalışır və daha sonra kimsə onu tapdalayıb.”

Fisker deyib ki, “polis siyasi bucaqdan şərh verə bilməz, amma polisin perspektivindən tədbir dinc keçib.”

Bu insident bir gecədə Bağdadda etirazlara səbəb olub. Sədrə dəstək şüarları səsləndirən və nüfuzlu limerin şəkillərini və onun hərəkatının bayrağı ilə yanaşı İraq bayrağını daşıyan yüzlərlə etirazçı Yaşıl Zonaya daxil olmağa çalışarkən təhlükəsizlik qüvvələri ilə toqquşub.

İraqın Xarici işlər nazirliyi şənbə günü bəyanat yayaraq, “İraqın Danimarkadakı səfirliyi qarşısında Qurani-Kərimə və İraq Respublikasının bayrağına qarşı zorakılıq hadisəsini şiddətli şəkildə və təkrar-təkarar pisləyib.”

Nazirlik beynəlxalq ictimaiyyəti “dünyada sosial sülhü və birgə yaşayışı pozan bu vəhşiliklərə qarşı təcili və məsuliyyətli şəkildə qarşı çıxmağa” çağırıb, bəyanatda deyilir