Cənab Məraşi prezident seçkiləri zamanı İslam respublikasına qarşı propaqanda ittihamı ilə bir il müddətinə həbs cəzasına məhkum edilib
Iran mediasının bildirdyinə görə, sabiq prezident Əkbər Haşemi Rəfsəncaniyə yaxın sabiq vitse-prezident Hüseyn Məraşi dünən yenidən həbsxanaya göndərilib. Cənab Məraşıyə Novruz bayramını ailəsi ilə birlidə keçirmək üçün müvəqqəti olaraq həbsxanadan çıxmağa icazə verilmişdi. Keçən ilin iyun ayındakı prezident seçkiləri zamanı İslam respublikasına qarşı propaqanda aparmaq ittihamı ilə üzləşən Hüseyn Məraşini keçən ay İranın apelyasiya məhkəməsi bir il müddətinə həbs cəzasına məhkum etdi.