Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzünün ildönümünü Moskvaya qarşı daha çox sanksiyalarla qeyd edir. Əvvəlki sanksiyalar neft, qaz, daş kömür, polad, siqaret, araq və qızıl kimi əmtəələri hədəf alıb. Lakin Rusiyanın əsas ixracat mallarından biri olan brilyantların Avropa İttifaqının siyahısına daxil edilməyəcəyi gözlənilir.
Bu tarixi şəhər Ukraynadakı döyüş meydanlarından çox uzaqda görünür. Lakin şəhər müharibə ilə Rusiya brilyantları vasitəsi ilə bağlıdır.
Avropa İttifaqına gətirilən bütün xammal brilyantlar buraya gəlir. Onlardan dörddə biri və ya daha çoxu adətən Rusiyadan gətirilir.
Ukrayna uzun müddətdir ki, Moskvanın döyüş maşınının maliyyələşdirilməsinə yardım edən Rusiya brilyantlarına sanksiya tətbiq etməyə çalışır. Qismən Rusiya hökumətinə məxsus olan “Alrosa” almaz hasilatı şirkəti diqqət mərkəzindədir.
Keçən il Vaşinqton və London Rusiyanın brilyant idxalına sanksiyalar qoyub. Lakin Avropa İttifaqı bunu etməyib. Bəzi qanunvericilər bunu dəyişməyə çalışır. Belçika Avropa Parlamentinin üzvü Katlin Van Brempt: "Antverpen brilyant sektoru əvvəllər qanlı brilyantların kənar edilməsindı lider idi və bunun belə qalması çox vacibdir. Belə ki, Rusiya brilyantları qanlı brilyantlardır."
Lakin Antverpendə brilyant sənayesi Rusiya almazlarına sanksiya tətbiq edilməsinin minlərlə iş yerinin itirilməsi bahasına başa gələ biləcəyini və problemin böyüyəcəyini iddia edir. Antverpen Dünya Almaz Mərkəzinin sözçüsü Tom Neys: "Buraya satılmasa, başqa yerdə satılcaq. Onlar çirkli pulların yuyulmasına qarşı qaydaların olmadığı, terrorçuluğun maliyyələşdirilməsinə qarşı qaydaların olmadığı ticarət mərkəzlərində satılacaq. Antverpendə dünyanın ən sərt sərtləri var".
Antverpen meri də Rusiyadan almaz idxalına qadağa qoyulmasına qarşıdır. Onun ofisi Amerikanın Səsinin sorğularına cavab verməyib. Ancaq siyasətçilərin və Antverpen sənayesinin razılaşdığı bir sahə var: sərhədlər boyu Rusiya brilyanlarının izlənilməsi və bunun üçün beynəlxalq sistem yaradılması. Hesabatlarda deyilir ki, Avropa İttifaqı və digər sənaye ölkələri bunun necə işləyə biləcəyini müzakirə edir.
Bu tədqiqat qrupu bunun mümkün olduğuna inanır - lakin xəbərdarlıqlar var. Beynəlxalq Sülh İnformasiya Xidmətinin direktoru Filip Reyniers: "Biz bunun mümkün olduğunu düşünürük, lakin bunun üçün çox koordinasiya və çox texniki düşüncə tələb olunacaq. Sual budur ki, burada kimlər olacaq? Bu nə qədər əhatəli olacaq? Çünki böyük bir risk var, əlbəttə ki, böyük brilyant oyunçuları bunun bir hissəsi olmaq istəməzlər."
Van Bremptin ofisi Rusiyanın almaz ixracatını və Moskvanın ABŞ-ın və digər ölkələrin sanksiyalarından necə yan keçdiyini izləyir.
Lakin qanunvericilər Antverpenin etik almaz ticarəti mərkəzi kimi adını saxlamaq üçün güclü izləmə sistemi ilə yanaşı, Aİ sanksiyalarının vacib olduğuna inanır.