Yeniyetmə qızlar uğurlu həyata və karyeraya həvəsləndirilir
Your browser doesn’t support HTML5
Yaşlılar çox vaxt gənclərin həyatının bu gün daha asan olduğunu deyirlər. Buna inanmayın! Gənclərin, əsasən də qızların üzləşdiyi çətinliklərin sıyahısı əslində çox uzundur: sataşmaq, stress, narkotik maddələr, zorakılıq, depressiya və yeniyetmə dövründə hamiləlik. Amma artıq onlara yardım göstərən bir proqram var. Nyu-Yorkda yaradılmış bu proqram 13-19 yaşlarında qızlara bu stresslərin öhdəsindən gəlməyə yardım edir.