Rusiya rəsmiləri Ukraynanın işğal olunan ərazilərində bölgələrin səhiyyə sistemini dağıdırlar. Bu barədə cümə günü Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik müraciətində bildirib.
İşğalçılar şəhərlərdəki tibb müəssisələrini bağlamağa, avadanlıqları, təcili tibbi yardım maşınlarını – demək olar hər şeyi yığışdırmağa qərar veriblər…Onlar işğal olunmuş ərazilərdə qalan həkimlərə Rusiya ərazisinə köçmək üçün təzyiq göstərirlər,” prezident deyib.
“Rusiya Xerson bölgəsini sivilizasiyanın, dünyanın əksər ölkələrində mövcud bəsit şeylərin olmadığı zonaya çevirir,” Zelenski deyib. “Rusiya gəlmədən öncə bu region, Ukraynadakı digər bölgələr kimi tamamilə normal və təhlükəsiz idi, orada insanlar üçün bütün sosial xidmətlər təmin edilmişdi…Orada insanların həyatlarına zəmanət verilmişdi.”
“İndi isə Rusiya Xerson bölgəsini sözün əsl mənasında, təcrid zonasına çevirməyə çalışır,” prezident deyib. Dünya buna reaksiya verməlidir.”
Xerson bölgəsinə eyni zamanda Britaniya Müdafiə Nazirliyinin şənbə günü paylaşdığı kəşfiyyat hesabatında da diqqət ayrılıb. Hesabatda deyilir ki, Rusiyanın Xersno bölgəsinə təyin etdiyi qubernator Vladimir Saldo Xerson şəhərini 70 mindən çox insanın tərk etdiyini iddia edib.
Hesabatda həmçinin deyilir ki, Saldo iddia edib ki, “Rusiya XVIII əsrin tanınmış rus dövlət xadimi, knyaz Qriqori Potemkinin qalıqlarını Dnipro şəhərinin şərqində Xerson kafedralındakı məzarından çıxarıb.”
Hesabatda qeyd olunub ki, “Rusiyanın milli kimliyində Potemkin Rusiyanın 18-ci əsrdə Ukrayna torpaqlarını zəbt etməsi ilə əlaqələndirilir.”