İran Azərbaycanı - Voice of America
Samən Bidar Təbriz həbsxanasından müvəqqəti azadlığa buraxılıb
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, türk fəal Samən Bidar İslam İnqilabı Keşikçilər Korpusunun təhlükəsizlik qurumu tərəfindən Ərdəbildə saxlanıldıqdan sonra Təbrizəki həmin qurumun təcridxanasına köçürülüb və dindirilmə prosesi keçirilib.
Sepahın nəzarət altında saxlanıldığı müddətdə türk fəala ailəsi ilə telefon əlaqəsi qurmağa icazə verilməyib.
Saxlanıldıqdan sonra Saman Bidarın Instagram səhifəsi təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib və bütün paylaşımları silinib.
Onun işinə hazırda Təbriz Ümumi və İnqilab Prokurorluğunun 10 saylı istintaq şöbəsi tərəfindən baxılır. Bu mədəni fəala qarşı irəli sürülən ittihamlar barədə hələ ki, heç bir məlumat yoxdur.
“Traktor” komandasının azarkeş qrupunun lideri olan Saman Bidar martın 1-də Sepahın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq bu qurumun Təbrizdəki həbsxanasına aparılmışdı.
Son vaxtlar türk fəallar "Taktor" futbol komandasının azarkeşlərinə qarşı təzyiqlərin yenidən gücləndiyini qeyd edirlər.
Təbrizdə siyasi fəal Sima Əlipurun evində axtarış aparıldığı bildirilir
Bu barədə Güney Azərbaycan Televiziyası (Günaz TV) və Türk qadını saytı kimi mənbələr məlumat yayıblar.
“İranın İnqilab Qvardiyasının (Sepah) Təbrizdəki təhlükəsizlik şöbəsindən 6 məmur Azərbaycan Milli Hərəkatının fəalı xanım Sima Əlipurun evinə basqın edərək axtarış aparıb. Məmurlar Əlipurun mobil telefonunu müsadirə edib və ondan bazar ertəsi gününə qədər şöbəyə müraciət etməsini tələb edib, müraciət etmədiyi təqdirdə isə nəzarət altına alınacağını deyiblər,” Türk qadını saytı bildirib.
Sepahın kəşfiyyat şöbəsinin məmurları təqribən bir ay əvvəl Sima Əlipura telefon edərək onu şöbəyə çağırmışdılar. Ancaq, Əlipur çağırışla bağlı sosial mediada məlumat paylaşaraq şöbəyə müraciət etməyəcəyini vurğulamışdı.
“Mənə zəng edib və Sepahın kəşfiyyat şöbəsinə çağırıblar. Ancaq telefon vasitəsilə ilə çağırışın qanunsuz olduğu üçün getməkdən imtina etdim,” deyə milli fəal həmin günlərdə öz Instagram səhifəsində paylaşmışdı.
Sima Əlipur daha əvvəl də göstərdiyi mədəni və siyasi fəaliyyətlərindən dolayı İranın təhlükəsizlik və məhkəmə orqanlarının təzyiq və təqiblərinə məruz qalıb.
Mehdi Nəimi İranda iqtisadi vəziyyəti dəyərləndirib
“Bu, kəsinliklə sonuna qədər bu şəkildə davam edə bilməz. Vətəndaşlar bir yerə qədər dözüb və təhəmmül edərlər. Amma, bir yerdən sonra daha bunların normal ayaqda durmağa belə imkanları qalmayacaq,” Nəimi söyləyib.
Donald Tramp ABŞ prezident seçkilərində qalib gəldikdən sonra İran rialı xeyli dəyər itirib. Ancaq, keçən fevral ayında İranın ali lideri ABŞ ilə danışıq aparılmasını qəbul etmədiyini açıqladıqdan sonra İran pulu daha sürətlə dəyər itirməyə başlayıb. Son vaxtlar Xamenei və bəzi digər rəsmilər ABŞ-la danışıqların aparılması fikrini rədd etdiklərini dəfələrlə təkrar ediblər.
Mehdi Nəiminin sözlərinə görə, “milli pul o qədər dəyərdən düşər ki, bəlkə 1939-dan öncəki Almaniyanın durumu olar ki, o, dünyada bilinən bir olaydır. Bunun içindən inqilab, çevriliş və üsyanlar çıxa bilər. Çünki, vətəndaşlar normal qarınlarını doyurmaqda belə əziyyət çəkərlər. Onun üçün, bu nəhayət sistemi də yıxa bilər. Bu, yalnız İranda deyil, başqa yerlərdə də tarix boyu belə olub.”
İqtisadçı İranda əhalinin həyat şəraitinə diqqət çəkərək deyib ki, “normalda insanlar çalışar ki, sərvətlərinə sərvət qatsın. Bu işi görə bilmədiklərində deyərlər ki, biz durğun bir vəziyyətdə yaşayırıq. Amma, bunlar mövcud sərvətlərinin itirdiyində başqa bir tablo ortaya çıxır. Yəni, İranda istisnalar xaric olmaqla, normal insanlar imkanlarının üstünə yeni bir imkan artıra bilmirlər ki heç, əllərindəki imkanları da itirirlər.”
İran parlamenti iki həftə əvvəl iqtisadiyyatın düzgün idarə olunmaması və milli valyutanın devalvasiyasını əsas gətirərək, iqtisadiyyat naziri Əbdülnasir Himmətinin vəzifəsindən azad edilməsinə səs verib.
“Bir şəxsin dəyişməsi ilə İran iqtisadiyyatında böyük bir dəyişiklik olmaz. Amma, içəridəki o siyasi qanadların bir-birindən bir pay umma məsələsi var ki, ona çata bilərlər. Bəlkə öz adamlarını gətirib bir yerdə müdir edib, bir vəzifə başına gətirib oradan bir qazanc əldə edə bilərlər. Amma sistem asxaq bir sistemdir və normal deyildir. Dünyada normal bir oyun vardır. Buna qatılan 200-ə yaxın ölkə var. İstisna ölkələr də var buna uzaq durublar. Biri Şimali Koreya biri də İrandır ən tanınmışlarından. Bunlar qapılarını bağlayıblar. Baxmayaraq ki, Şimali Koreya qapısını bərk-bərk bağlayıb, amma, elə İran da ona bənzər bir vəziyyətdədir,” Mehdi Nəimi qeyd edib.
O, əlavə edib ki, “hakimiyyət də bunu bilir. Xalqın dözə biləcəyi qədər istədiyini edər amma, partlayış nöqtəsinə çatdığını görsə, o nöqtədən bir an öncə bunu bilsə, müzakirəyə gedər. Ancaq, o nöqtəni görməsə ölkədə böyük bir çevriliş və inqilab ola bilər. O zaman hər şey kontroldan çıxar.”
Milli fəal İbrahim Asmani məhkəmə iclasında özünü müdafiə edib
Araz News Telegram kanalında yayılan məlumata görə, martın 11-də Təbriz Cinayət Məhkəməsinin 118 saylı şöbəsində hakim Nağı Rzainin sədrliyi ilə keçirilən iclasda İbrahim Asmani müdafiəsini məhkəməyə təqdim edib. Bu iclas, onun iştirakı olmadan çıxarılan qiyabi hökmə qarşı etdiyi etiraz əsasında baş tutub.
Məhkəmə Asmanini “qeyri-adi geyim geyinmək” ittihamı ilə cəzalandırıb. Onun geyindiyi ənənəvi Azərbaycan geyiminin üzərində qədim türk Orxon əlifbası ilə yazılar olduğu bildirilir.
Zöhrə Vəfayi 2024-cü ilin sentyabr ayında Təbrizin Vadi-Rəhmət qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində milli geyimlə iştirak edən Asmani təhlükəsizlik qüvvələri tərəfindən geyimini dəyişməyə məcbur edilib. O, bu tələbi rədd etdiyi üçün saxlanılaraq kəşfiyyat idarəsinin təcridxanasına aparılıb. Saxlanıldığı müddətdə ona qarşı pis rəftar edildiyi bildirilib.
Asmani sentyabrın 24-də həbs edildikdən bir neçə gün sonra Təbriz həbsxanasına köçürülüb və oktyabrın 1-də 100 milyon tümən girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.
Məhkəmədən əvvəl sosial mediada yayılan video-müraciətində İbrahim Asmani, çıxarılan hökmü tənqid edərək bildirib ki, Zöhrə Vəfayini şəxsən tanımayıb, lakin onun Azərbaycan ədəbiyyatı və mədəniyyəti sahəsindəki fəaliyyətlərinə hörmət əlaməti olaraq dəfn mərasimində milli geyimlə iştirak edib. O, məhkəmə hakiminə xitab edərək soruşub: “21-ci əsrdə sadəcə Azərbaycan xalqının minilliklərə dayanan ənənəvi geyimini geyindiyim üçün məni həbs və qamçı cəzasına məhkum edə bilərsinizmi?”
Sosial mediada yayımlanan məhkəmə hökmü sənədinin surətinə əsasən, o, "Zöhrə Vəfayinin dəfn mərasimində qeyri-adi geyim geyinməklə, səs-küy və qalmaqal yaratmaq yolu ilə ictimai asayişi pozmaq" ittihamı ilə təqsirli bilinərək, 3 ay həbs və 30 qamçı cəzasına məhkum edilib.
Milli fəal Salar Tahir Əfşar zaminə buraxılıb
Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, o, 18 fevral tarixində, Urmiyədə iş yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və ertəsi gün Təbrizdə Sepahın təcridxanasına köçürülüb.
2 mart tarixində o, ailəsi ilə telefon əlaqəsi saxlayaraq Təbriz Mərkəzi Həbsxanasına köçürüldüyünü xəbər verib.
Təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldıqdan sonra, 20 fevral tarixində ailəsinə onun barəsində çıxarılan 5 illik həbs cəzasının icrası ilə bağlı rəsmi bildiriş çatdırılıb.
Həbs olunduqdan sonra yaşadığı ünvana göndərilən bu bildiriş, Tehran İnqilab Məhkəməsi tərəfindən ona verilən 5 illik həbs cəzası ilə əlaqədar olub.
Tahir Əfşarın son həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə hələ ki, bir məlumat yayılmayıb.
Siyasi fəal Şəms İsmayılzadə azadlığa buraxılıb
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Şəms İsmayılzadə İran parlament seçkiləri zamanı səsvermə məntəqələrinin görüntülərini çəkməsi və yayımlaması səbəbindən Təbriz İnqilab Məhkəməsinin 1 saylı şöbəsi tərəfindən hakim Həmlbərin sədrliyi ilə "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamı ilə 9 ay həbs cəzasına məhkum edilmişdi.
Məhkəmə, onun çəkdiyi və yayımladığı boş seçki məntəqələri və aşağı seçici faəllığını əks etdirən görüntüləri cinayət kimi qiymətləndirib və bunun əsasında həbs hökmü çıxarıb.
Son parlament seçkilərində İran rəsmiləri seçici iştirakını 40% olaraq elan edib və bu rəqəmin İslam Respublikasının tarixində ən aşağı göstərici olduğu bildirib.
Şəms İsmayılzadə daha əvvəl, 2022-ci ildə baş verən kütləvi etirazlar zamanı Təbrizdə saxlanılıb və sosial mediada etiraz aksiyasına çağırış etdiyi üçün "rejim əleyhinə təbliğat fəaliyyəti göstərmək" və "müxalif qruplaşmalara üzv olmaq" ittihamları ilə üzləşib Məhkəmə onu ikinci ittihamdan bəraət qazandırsa da, sistemə qarşı təbliğat aparmaq ittihamı ilə 9 ay həbs cəzasına məhkum edib.
Tahir Nəqəvinin həbsxana "məmurlarının ailəsinə qarşı zorakı rəftarına görə" müalicədən imtina etdiyi bildirilir
Hüquq müdafiə kanalları bu barədə insan haqları vəkili Sina Yusufiyə istinadən məlumat yayıblar.
Vəkil və türk dil haqları müdafiəçisi Tahiq Nəqəvi 2024-cü il fevralın 6-da İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılandan bəri həbsdədir.
“9 ay gecikmə ilə xəstəxanaya göndərilən vəkil Tahir Nəqəvi, Evin həbsxanası məmurlarının ailəsinə qarşı zorakı və qeyri-insani rəftarına görə müalicədən imtina edib,” deyə Sina Yusufi öz X hesabından paylaşıb.
Yusufinin yazdığına görə, “həbsxana həkiminin həbsxana xaricində müalicə və tibbi müayinələrin zəruri və təcili olması barədə rəyindən 9 ay sonra, Tahir Nəqəvi martın 12-də bir xəstəxanaya köçürülüb. Nəqəvinin ailəsi isə xərcləri ödəmək üçün xəstəxanaya çağırılıb, ancaq, Evin həbsxanasından gələn məmurların onlara qarşı zorakı, hədələyici və qeyri-insani rəftarı vəkilin müalicəni davam etməkdən imtina etməsinə yol açıb.”
Tahir Nəqəvi 2024 fevral ayının 5-7-si tarixlərində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində nəzarət altına alınan 30-a yaxın siyasi fəallardan biri olub. Onların bir çoxu müvəqqəti azadlığa buraxılıb, ancaq Tahir Nəqəvi daxil olmaqla bəzilərinin həbsi davam edir.
Kərəc şəhərində vəkil olaraq çalışan Nəqəvi eyni zamanda dil hüquqları və digər mədəni və siyasi sahələrdə fəaliyyət göstərib. Onun türk dilində təhsil və türkcəyə İranda rəsmi status verilməsinin zərurəti ilə bağlı yazdığı məqalələr internet səhifələrində dərc edilib.
Rəsmi: Bu gedişlə Urmiyə gölü Aral gölünün taleyini yaşayacaq
İLNA xəbər agentliyinə verdiyi açıqlamada Əhəd Vəzifə ümumilikdə Yaxın Şərq ölkələrində iqlim dəyişikliklərindən danışaraq, bu dəyişikliyin region ölkələrinə ciddi problemlər yaratdığını qeyd edib. O, Orta Asiyada yerləşən Aral gölünü misal çəkərək Urmiyə gölü ilə müqayisə edib və bildirib ki, Urmiyə gölü də tədricən Aral gölünün vəziyyətinə düşür. “Əgər vəziyyət bu cür davam etsə, şübhəsiz ki, quruyacaq” - deyə əlavə edib.
Bu dövlət rəsmisi regionun iqlim dəyişikliyi səbəbindən istiləşdiyini, bunun da daha yüksək buxarlanma ilə nəticələndiyini və bölgədə yağıntının azalmaqda olduğunu vurğulayıb. Qısamüddətli dövrdə yağıntıların artım göstərə biləcəyini qeyd etsə də, uzunmüddətli perspektivdə yağış miqdarının azalmağa davam etdiyini bildirib.
Əhəd Vəzifə gələcəkdə su ehtiyatlarının azalacağını vurğulayıb və eyni zamanda əhali artımı ilə birlikdə suya olan tələbatın yüksələcəyinə diqqət çəkib. “Əgər siz müəyyən su mənbələrinin buxarlanması və istehlakının miqdarını bir tərəfə, yağıntıları isə digər tərəfə qoysanız, birinci amillərdə artan, ikincidə isə azalan tendensiya müşahidə olunur. Nəticədə, hər il bu su mənbələrində istehsal və yağıntılar arasında qeyri-bərabərlik dərinləşir. Bu isə ümidə heç bir yer qoymur.” -deyə, rəsmi bildirib.
O, su istehlakı sahələrindən danışaraq, Urmiyə gölü hövzəsində ən çox suyun kənd təsərrüfatında istifadə olunduğunu bildirib. Vəzifə şəkər çuğunduru, yonca və alma məhsullarının bu bölgədə ən çox su tələb edən əkinlər olduğunu qeyd edərək, onların daha az su istehlak edən bitkilərlə əvəz olunmasının vacib olduğunu vurğulayıb.
O, çox ehtimalla hakimiyyətin alma bağlarına toxunmayacağını irəli sürüb və deyib ki, "ən azından son illərdə dağ yamaclarında hədsiz dərəcədə genişləndirilən alma bağlarının artırılmasının qarşısı alınsa və nəzarət olunsa, gələcəyə ümid etmək olar.”
Əhəd Vəzifə hesab edir ki, Urmiyə gölü hövzəsində kənd təsərrüfatının idarə olunması düzgün aparılmalı və bölgənin əkinçilik modeli dəyişdirilməlidir. Dövlət rəsmisi vurğulayıb ki, ən azı suya çox ehtiyac duyan yonca və şəkər çuğunduru kimi məhsullar alternativ əkin növləri ilə əvəz olunsa, bu, ciddi fərq yaradacaq.
Onun sözlərinə görə, Zab kanalı vasitəsilə müəyyən qədər su Urmiyə gölünə yönləndirilsə də, bu, kifayət etmir. “Əgər bu yanaşma davam edərsə, heç bir ümid qalmayacaq və vəziyyət daha da pisləşəcək.” -deyə o, bəyan edib.
Urmiyə gölü hövzəsində əkinçilik modelinin dəyişdirilməsi və su istehlakı yüksək olan məhsulların əkilməsinin qadağan edilməsi bir çox mütəxəssislər tərəfindən vacib hesab edilsə də, indiyə qədər, media və rəsmilərin etirafına görə, bu istiqamətdə heç bir addım atılmayıb. Əksinə, bölgədə əkin sahələrinin genişləndirildiyi müşahidə olunur.
Traktor komandası Asiya Çempionlar Liqasına vida edib
Martın 11-də Səudiyyə Ərəbistanının Bureydə şəhərində keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Traktorun qollarını Rikardo Alvez və Domaqoy Drojdek, Əl-Təavunun qollarını isə Musa Barro və Sultan Məndəş vurub.
Penaltilər seriyasında Traktorun iki futbolçusu zərbəni dəqiq yerinə yetirə bilməyib və İran azərbaycanının klubu 4:2 hesabı ilə məğlub olub. Bu nəticə ilə İran Azərbaycanının yeganə təmsilçisi Asiya Çempionlar Liqasında mübarizəsini dayandırıb.
İranın digər komandaları da turnirdə uğursuz çıxış etdikdən sonra Traktor Azərbaycan Asiya Çempionlar Liqası 2-də ölkənin təmsilçisi hesab olunurdu.
Bu, ilk dəfə idi ki, Traktor komandası Asiya yarışlarında dörddəbir final mərhələsinə yüksəlirdi.
Bununla belə, Traktor hazırda İran Premyer Liqasının turnir cədvəlində lider mövqeyini qoruyur. 21 oyundan 45 xal toplayan Təbriz klubu çempionluq uğrunda mübarizəni davam etdirir. Onu Sepahan və Persepolis komandaları sıx təqib etsə də, Traktor hələlik zirvədə qalır.
Şərqi Azərbaycan valisi: Ölkədə mədəni müxtəliflik mövcuddur və hakimiyyət bunu qəbul etməlidir
İLNA xəbər agentliyinin məlumatına görə, bu tədbirdə keçmiş kəşfiyyat naziri və hazırkı prezidentin xüsusi köməkçisi, eləcə də Etniklər, Dinlər və Məzhəblər Şurasının rəhbəri Seyid Mahmud Ələvi də iştirak edib.
Bəhram Sərməst çıxışında vurğulayıb ki, "biz orta xətti nəzərə almalıyıq, dil birliyinin vacibliyi fərziyyəsini qəbul edirik, lakin eyni zamanda etnik və yerli dillərin tədrisi azaddır. Birlik müxtəlifliklə mənasını tapır."
O, 90-cı ildən bəri etnik dillərin tədrisi və Konstitusiyanın 15-ci maddəsi ilə bağlı araşdırmalar apardığını bildirərək deyib: "O zaman proqnoz vermişdim ki, mədəni müxtəlifliklə üz-üzəyik və əgər hakimiyyət bu reallığı qəbul etməsə, o zaman separatçılıq təhlükəsi gündəmə gələ bilər."
Sərməst əlavə edib ki, "Azərbaycan dili vasitəsilə deyil, məzhəb yolu ilə İrana bağlanıb."
Şərqi Azərbaycanın valisi ana dili tədrisinin vacibliyini müdafiə edib və hakimiyyətin Konstitusiyanın 15-ci maddəsinin imkanlarından istifadə etməsinin zəruriliyini vurğulayıb. Sərməst konstitusiyanın bu müddəasını separatçılıq üçün zəmin hesab edən şəxsləri tənqid edib. O bildirib ki, Azərbaycan inqilab və İran-İraq müharibəsi dövründə ölkənin digər bölgələri ilə ən yüksək səviyyədə həmrəylik nümayiş etdirib.
Onun "Azərbaycanın İranla bağlılığının məhz məzhəb əsasında olduğu" fikri konfrans iştirakçılarından bəzilərinin etirazına səbəb olub. Tədbirin iştirakçılarından olan Bəhmən Qacar adlı şəxs bu baxış bucağına təəssüf etdiyini bildirib və vurğulayıb ki, "Azərbaycan İran tarixinin ayrılmaz bir hissəsidir və onun ölkə ilə əlaqəsi təkcə məzhəblə məhdudlaşmır."
Qacar keçmiş kəşfiyyat naziri Seyid Mahmud Ələviyə müraciət edərək, etnik qrupların milli azlıqlara çevrilməsi istiqamətindəki planlar olub-olmadığını sual edib və bu barədə konkret danışmağı gözlədiklərini deyib. O, ana dilində təhsilin dövlətin vəzifəsi olmadığını, hər kəsin öz ana dilini evdə ailəsindən öyrənmək imkanına malik olduğunu iddia edib.
İranda İslam Respublikasının Konstitusiyasının bir hissəsi olan etnik dillərin məktəblərdə tədrisi məsələsi son vaxtlar parlamentin açıq iclasında müzakirə olunduqdan və rədd edildikdən sonra gündəmə gəlib.
Prezident Məsud Pezeşkian seçki kampaniyası zamanı bu maddənin icrasına dair vəd vermiş və son vaxtlar hökumətin bu mövzuda planı barədə məlumat vermişdi. Hökumət sözçüsü Fatimə Mühacirani də bu məsələdə parlamentə təqdim olunmaq üçün qanun layihəsinin hazırlanması planından xəbər verib.
Zəncan və Təbrizdə edam hökmləri icra edilib
Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupu və HRA agentliyi son günlərdə Zəncan, Təbriz, Xürrəmabad, Yəzd və Kaşan şəhərlərdə ölüm cəzalarının tətbiqi ilə bağlı məlumat yayıblar.
IHR mart ayının 9-da Zəncanda edam edilən şəxsin kimliyini 30 yaşında Əhməd Səidi olaraq açıqlayıb.
Hüquq müdafiə qurumunun saytında yazılanlara görə, “Əhməd Səidi Zəncan sakini idi və 2 il əvvəl narkotik maddə qaçaqmalçılığı ittihamı ilə həbs edilmiş və edam cəzasına məhkum edilmişdi. O, həbs edilməzdən əvvəl tikintidə fəhlə kimi işləyirdi.”
Səidi bazar günü səhər saatlarında şəhərin mərkəzi həbsxanasında asılaraq edam edilib.
Son günlərdə Təbrizdə isə daha əvvəl qəsdən adam öldürmək ittihamı ilə qisasa məhkum edilmiş bir kişinin ölüm cəzası tətbiq edilib.
Təbrizin mərkəzi həbsxanasında asılan şəxsin 28 yaşlı Səid Kərimxani olduğu bildirilib.
Təbrizdə təxminən 10 gün əvvəl də iki edam məhkumunun hökmü icra edilmişdi.
Siyasi fəal Kərim İsmayılzadə İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb
Türkiyənin Anadolu xəbər agentliyi, eləcə də Araz News xəbər saytı kimi mənbələr bu barədə məlumat yayıblar.
“Yerli mənbələrin məlumatına görə, İranın təhlükəsizlik qüvvələri bazar ertəsi günü türk fəal Kərim İsmailzadənin iş yerinə basqın edərək, onu nəzarət altına alıb və naməlum yerı aparıblar,” Anadolu agentliyi bildirib.
İsmailzadənin hansı səbəblərə görə saxlanıldığı bəlli deyil. O təxminən bir ay əvvəl sosial şəbəkələrdə Ümumi və İnqilab Prokurorluğunun 15-ci şöbəsinə çağırıldığına dair məlumat yaymışdı.
Kərim İsmayılzadə keçən illərdə dəfələrlə İranın təhlükəsizlik və məhkəmə orqanlarının təhdid və təzyiqlərinə məruz qalıb.
Urmiyə gölünün quruması ilə əlaqədar təşkil olunan kampaniyalar çərçivəsində fəaliyyət göstərdiyi üçün keçən il 6 həbsə məhkum olunan İsmayılzadə 2023-cü ilin sentyabr ayında Təbriz həbsxanasından sərbəst buraxılıb.
Hüquq müdafiəçiləri onun həbsdə olduğu müddətdə lazımi tibbi yardımdan məhrum edildiyini yazmışdılar.
Təbrizdə tibb bacıları etiraz aksiyası keçirib
Sosial media kanallarında yayılan xəbərlər və görüntülərə əsasən, Təbrizin Mərdaniazər xəstəxanasının tibb bacıları və digər çalışanları bazar ertəsi günü tətil və etiraz mitinqi keçiriblər.
İran İşçilərinin Azad Birliyinin Telegram kanalının yayımladığı bir videoda mitinq keçirən tibb bacıları “tibb bacısı olmasa, sistem çökər”, “tibb bacısının susması, həmkarına xəyanətdir” və “20 min tümən qarşılığında əlavə iş saatları istəmirik!” kimi şüarlar səsləndirdikləri görünür.
Araz News xəbər saytı və Təbrizim Instagram səhifəsi kimi mənbələrin bildirdiyinə görə, Mərdaniazər xəstəxanasında çalışan tibb bacıları 6 aydır gecikmiş müavinətlər, əlavə iş haqqı və digər ödənişlərini tələb edirlər.
Mənbələr son vaxtlar Təbrizin İmam Rza xəstəxanasında da tibb bacılarının etiraz aksiyası təşkil etdiyini yazıblar.
İran rialının dəyərinin azalmasının təsirləri Novruz bayramının ərəfəsi və Ramazan ayında daha artıq hiss edilməyə başlayıb. Rialın dəyərinin düşməsi son günlərdə yenə sürətlənib. Donald Tramp ABŞ prezident seçkilərində qalib gəldikdən sonra İran rialı xeyli dəyər itirib. Ancaq, keçən feral ayında İranın ali lideri ABŞ ilə danışıq aparılmasını qəbul etmədiyini açıqladıqdan sonra İran pulu daha sürətlə dəyər itirməyə başlayıb. Seyyid Əli Xameneyi bu yaxınlarda ABŞ ilə müzakirəni rədd etdiyinə dair sözlərini yeniləyib.
Əlirza Fərşi 8 ay həbs cəzasına məhkum edilib
Əlirza Fərşi bu barədə sosial media hesabında məlumat yayıb. Məlumata görə, məhkəmə onu “sistem əleyhinə təbliğat fəaliyyəti göstərmək” ittihamı ilə günahkar bilərək səkkiz ay azadlıqdan məhrum edib.
Məhkəmə Fərşinin sosial şəbəkələrdəki paylaşımlarını ittiham üçün əsas kimi göstərib. Onun məhkəmə iclası martın 1-də, iştirakı olmadan baş tutub.
Bundan öncə, cari ilin fevral ayında Tehran vilayətində Baharistan şəhərinin prokurorluğunun birinci istintaq şöbəsi Əlirza Fərşinin təqsirkar olduğuna və işinin məhkəməyə göndərilməsinə qərar çıxarmışdı.
Məhkəmənin çıxardığı 8 ay həbs qərarına əsasən, hökm elan edildikdən sonra 20 gün ərzində Tehran Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Mərənd şəhərində yaşayan Əlirza Fərşi bundan əvvəl də dinc fəaliyyətlərinə görə dəfələrlə həbs edilib və müxtəlif məhkəmələr tərəfindən uzun müddətli həbs və sürgün cəzaları ilə üzləşib.
Ailəsi Ərdəbildə saxlanılan “Traktor” komandasının azarkeş qrupunun lideri Saman Bidarın durumundan xəbərsizdir
Bu barədə bazar günü “Traktor” futbol komandasının tərəfdar kanalları və milli fəalın yaxınları tərəfindən məlumat yayılıb.
Komandanın tərəfdar qruplarının idarə etdiyi Telegram kanallarında yazılanlara görə, mart ayının 1-də İranın İnqilab Qvarsiyasının (Sepah) təhlükəsizlik məmurları tərəfindən saxlanılan fəala ailəsi ilə təmas qurmaq imkanı verilməyib.
Bidarın hansı ittihamlar səbəbindən tutulduğu barədə də məlumat yoxdur.
Traktor komandasının digər azarkeş qrupu lideri Kazım Səfabəxş bazar günü öz X səhifəsində Saman Bidarla birgə fotosunu paylaşaraq yazıb ki, “8 gündür nə zəng vurmusan, nə mesaj atmısan. Sənin təhlillərin üçün çox darxımışam.” Səfabəxş paylaşımında #SamanBidarAzadOlsun həştəqindən istifadə edib.
Bidar bundan əvvəl də idman və mədəni sahələrdə göstərdiyi fəaliyyətlərindən dolayı İranın təhlükəsizlik və məhkəmə orqanları tərəfindən təqib və təzyiqlərə məruz qalıb.
Türk fəallar son vaxtlar “Taktor Azərbaycan” futbol komandasının tərəfdarlarına qarşı təzyiqlərin yenidən artdığını bildirirlər.
Əzimi Qədimin səhhəti aclıq aksiyası nəticəsində pisləşib, Evin həbsxanasında digər siyasi məhbus Ayaz Seyfxah aclığa başlayıb
Təbriz Səsi Telegram kanalının yaydığı məlumata görə, klinikaya köçürüldükdən sonra ona serum vurulmaq istənilib, lakin Əzimi Qədim buna qarşı müqavimət göstərib.
6 mart tarixində yayılan məlumatlara əsasən, aclıq aksiyasına görə onun telefonla danışmaq hüququ məhdudlaşdırılıb. Həmçinin həbsxana rəhbərliyi aksiyanı davam etdirəcəyi təqdirdə onu təkadamlıq kameraya köçürməklə hədələyib.
Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbuslara qarşı təzyiqlər onların ailələri və yaxınları arasında ciddi narahatlığa səbəb olub.
Yayılan məlumatlara əsasən, Evin həbsxanasında saxlanılan digər türk siyasi məhbus Ayaz Seyfxah da 9 mart tarixindən etibarən aclıq aksiyasına başlayıb. Ayaz Seyfxah Təbrizdə yaşayan azərbaycanlı fəallardan biridir və 6 fevral 2024-cü ildə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O hazırda Evin həbsxanasında saxlanılır. Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Əbülqasım Salavati onu "casusluq" ittihamı ilə 9 il həbs cəzasına məhkum edib.
Əbdüləziz Əzimi Qədim azərbaycanlıların hüquqlarını müdafiə edən ruhani və mədəni fəaldır. O, İran hakimiyyətinin azərbaycanlılara qarşı siyasətinə etiraz etdiyi üçün dəfələrlə həbs edilib və mühakimə olunub, nəticədə ruhani statusundan məhrum edilib.
Bir neçə gün öncə yayılan audio-müraciətində o, Evin həbsxanasında türk fəallara qarşı çıxarılan ədalətsiz hökmlərə etiraz olaraq aclıq aksiyasına başladığını və İran Məhkəmə Sisteminin rəhbəri Qulamhüseyn Möhsüni Ejei ilə görüş tələb etdiyini açıqlamışdı.
O, 2 mart tarixindən etibarən məhkəmənin təhlükəsizlik qurumlarının təsiri altında olduğunu və fəalların məhkəmə prosesinə Kəşfiyyat Nazirliyinin müdaxilə etməsinə etiraz olaraq quru aclıq aksiyasına başladığını bildirib.
Əzimi Qədim daha əvvəl də fəalların həbsdə saxlanıldığı müddətdə təhlükəsizlik qüvvələrinin pis rəftarına və məhkəmə prosesinə etiraz olaraq aclıq aksiyası keçirmişdi. O, milli fəalların və ailəsinin tələbi ilə 44 gün davam edən aclıq aksiyasına son vermişdi.
Bundan əvvəlki aclıq aksiyasında həddindən artıq çəki itirən Əzimi Qədim bu dəfə quru aclıq aksiyasına başlayıb ki, bu da onun sağlamlığı üçün ciddi təhlükə yaradır.
İran Azərbaycanında tanınmış milli fəal Cəlal Kudərili Qoşaçayda dindirilib
Araz News və Demokratlar Telegram kanallarının yaydığı məlumata görə, Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərinin sakini olan türk fəal təhlükəsizlik qüvvələri tərəfindən telefonla çağırılıb və bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.
Cəlal Kudərili təqaüdçü müəllimdir və ürək-damar və  şəkər xəstəliklərindən əziyyət çəkir.
Cəlal Kudərilinin təhlükəsizlik qüvvələrinin təcridxanasına çağırılmasının səbəbləri ilə bağlı heç bir məlumat yayımlanmayıb.
Son həftələrdə və aylarda İran Azərbaycanın müxtəlif şəhərlərində milli fəalların təhlükəsizlik qüvvələri tərəfindən dindirilməsi və onlara təzyiqlərin artması müşahidə olunur.
İran hökumətinin sözçüsü "ana dilində təhsil" haqqında əvvəlki açıqlamalarını təkzib edib
Mühacirani 7 mart tarixində "X" hesabında yazıb ki, "hökumətin müdafiə etdiyi prinsip Konstitusiyanın 15-ci maddəsinin dəqiq icrası, yerli və ana dilinin (rəsmi və milli vasitəçi dil olan fars dili ilə yanaşı) tədrisidir, ana dilində təhsil deyil."
O əlavə edib ki, "fars dilində ümumi tədris, yerli və ana dillərin və ədəbiyyatlarının tədrisi hüququ ilə (konstitusiyanın icrası, ədalət və milli həmrəyliyin gücləndirilməsi gərəkliliyi) ziddiyyət təşkil etmir."
Bu açıqlamalar Mühaciraninin daha əvvəl mətbuat konfransında dəfələrlə "ana dilində təhsil" ifadəsini işlətməsi və martın 4-də X hesabında paylaşımından sonra verilib.
"Hökumət ana dilləri ilə bağlı geniş bir qanun layihəsini parlamentə təqdim edəcək. Ana dili və ana dilində təhsil hökumətin önəm verdiyi əsas mövzulardandır", o, paylaşımında bildirmişdi.
8 mart tarixində rəsmi dövlət xəbər agentliyi İRNA-da yayımlanan müsahibəsində o, fars dilini "ölkənin ərazi bütövlüyünün sipəri" adlandıraraq, "hökumət həmişə rəsmi dilin həm təhsil sistemində, həm universitetlərdə, həm də dövlət idarələrindəki əhəmiyyətini vurğulayıb" deyə bildirib.
İranın rəsmi dövlət xəbər agentliyi bu müsahibədə hökumət sözçüsünün əvvəlki açıqlamalarının "yanlış anlaşılmalara səbəb olduğunu" qeyd edib.
Fatimə Mühacirani həmin müsahibəsində deyib ki, "hökumət digər dilləri rəsmi dil kimi tanımaq niyyətində deyil, lakin ana dillərinin ədəbiyyatına ölkənin mədəni irsinin bir hissəsi kimi diqqət yetirilməlidir."
Mühaciraninin "ana dilində təhsil"lə bağlı açıqlamalarından sonra İranda bu hüququn əleyhdarları sosial mediada "Fars dili sipərdir" məzmununda həştəqlər ilə kampaniya başladaraq hökumətin bu planlarına etiraz ediblər.
Hökumət sözçüsünün 4 martda ana dilində təhsillə bağlı əvvəlki açıqlamalarını təkzib etməsi eyni zamanda onun ifadə səhvinə yol verdiyi və hökumətin əslində belə bir planının olmadığı kimi də dəyərləndirilib. Halbuki o, çıxışında ana dilində təhsillə ana dilinin tədrisinin fərqli olduğunu vurğulamış və iki dilli bölgələrdə dərslərin fars dilində keçirilməsinin təhsil uğursuzluğuna səbəb olduğunu bildirmişdi.
Lakin hökumət sözçüsünün bu barədə rəsmi dövlət agentliyinə verdiyi müsahibədə həmin həştəqdən istifadə etməsi və fars dilini "sipər" adlandırması, hökumətin qeyri-fars bölgələrdə bu hüququ tanımaq əvəzinə əleyhdarların təzyiqi qarşısında geri çəkildiyi kimi qiymətləndirilib.
Təbriz, Əhər, Həmədan və Qəzvində 6 nəfər edam edilib
Hüquq müdafiəçiləri bu yaxınlarda İranın Şərqi Azərbaycan, Həmədan, Qəzvin, Qum, Sistan və Bəluçistan, Mərkəzi və Buşehr kimi vilayətlərində icra edilən edam hökmləri barəsində məlumat yayıblar.
Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupu keçən təqribən bir həftə ərzində Təbrizdə üç nəfər, Əhər, Həmədan və Qzəvin şəhərlərinin hər birində isə bir məhkumun edam edildiyini bildirib.
36 yaşlı Həsən Fəthi və 33 yaşlı Ramin Əlayi narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar Təbrizin mərkəzi həbsxanasında asılıblar. Təbrizdə həmçinin qəsdən adam öldürməkdə təqsirli bilinən 26 yaşlı Məhəmməd İraqinin qisas hökmü icra edilib.
Son günlərdə Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində də bir nəfər asılıb. Əslən Qəzvin vilayətindən olan İzzət Zeynalının ölüm cəzası martın 4-də Əhər həbsxanasında tətbiq edilib. Hüquq müdafiə qurumunun xəbərinə görə, 35 yaşlı Zeynali narkotik maddə qaçaqmalçılığı ittihamı ilə mühakimə olunmuşdu.
Həmədan və Qəzvin şəhərlərindəki edamlar çərşənbə günü icra edilib. Həmədanda asılan Cəlal Əşkani narkotik maddə qaçaqmalçılığı və Qəzvində asılan 42 yaşlı İman Şükrüllahzadə qətl aktı ilə əlaqədar ölüm cəzasına məhkum olunmuşdular.
IHR qrupu həmçinin 27 yaşlı bir kişinin təqribən 10 gün əvvəl Ərdəbil şəhərində asıldığını bildirib. Ərdəbildə asılan məhkumun adı Əli Vətənxah olaraq açıqlanıb. Qəsdən adam öldürməkdən təqsirli bilinən Vətənxah üç il əvvəldən həbsdə imiş.
İranda “qəsdən adam öldürmək”də təqsirli bilinən şəxslər qisasa məhkum olunur. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İran qanunlarında qətl aktının dərəcələndirilməməsi səbəbilə niyyət, şiddət və şəraitə baxılmadan təqsirli bilinən bütün şəxslər ölüm cəzasına məhkum olunur. Təqsirləndirilən şəxs məhkum edildikdən sonra qurbanın ailəsindən qisas, diyə və əfv arasında seçim etmələri tələb olunur. “Diyə” şəriət qanunlarına görə hesablanan təzminat növüdür.
Milli fəal Saman Bidar Ərdəbildə saxlanılaraq Təbrizdə Sepahın təcridxanasına köçürülüb
Bu barədə Araz News və HRA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Saman Bidarın yaxınları və ailəsi onun saxlanılmasından sonra Ərdəbildəki məhkəmə orqanlarına dəfələrlə müraciət edib və nəticədə fəalın Sepahın Təbrizdəki təcridxanasına köçürüldüyü barədə məlumat əldə ediblər.
Hazırda Saman Bidarın hansı ittihamlarla saxlanıldığı və ona qarşı irəli sürülən konkret ittihamlar barədə məlumat verilmir.
Onun işinə Təbriz Ümumi və İnqilab Prokurorluğunun 10 saylı istintaq şöbəsi baxdığı bildirilir.
Bundan əlavə, saxlanıldıqdan sonra Saman Bidarın Instagram səhifəsindəki bütün paylaşımlar təhlükəsizlik qüvvələri tərəfindən silinib.
Saman Bidar bundan əvvəl də fəaliyyətləri səbəbindən bir neçə dəfə saxlanılıb və məhkum edilib.
Yayılan məlumatlara görə, İran Azərbaycanının müxtəlif şəhərlərində milli fəallar və Traktor komandasının tərəfdarlarına qarşı təzyiqlər daha da artıb. Bu çərçivədə, 21 yaşlı azərbaycanlı fəal Cavad Jalepəsənd martın 5-də Ərdəbil şəhərində Sepah kəşfiyyat idarəsinə çağırılaraq dindirilib.
Fəal həmin təhlükəsizlik qurumunda bir neçə saat sorğu-sual edildikdən sonra sərbəst buraxılıb.