Accessibility links

İran Azərbaycan vətəndaşlarını saxladığını təsdiq edib, amma səbəbini açıqlamayıb


Fərid Hüseyn və Şəhriyar Hacızadə
Fərid Hüseyn və Şəhriyar Hacızadə
Dünən İran Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadənin saxlandığını təsdiq edib. Bu barədə Amerikanın Səsi radiosuna Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi bu il mayın əvvəllərində saxlanılanların taleyinə aydınlıq gətirilməsi ilə bağlı İrana nota göndərib. İran Xarici İşlər Nazirliyi isə dünən Azərbaycana cavab verib. “İranın cavabında deyilir ki, Azərbaycan vətəndaşları cinayətə təşəbbüs göstərib. Vətəndaşlarımızın hazırda harada saxlanması və saxlanmanın səbəbinin detallarına aydınlıq gətirilməyib”, - deyə Abdullayev bildirib.
Azərbaycan tərəfi iyunun 21-də yenidən İran Xarici İşlər Nazirliyinə məktub göndərib və Təbrizdəki baş konsulluğun əməkdaşlarının Fərid Hüseyn və Şəhriyar Hacızadənin saxlanma şəraiti ilə tanış olması və saxlanma səbəbi barədə informasiya verilməsini istəyib.
Yerli sakinlərin mediaya verdikləri məlumata görə, Azərbaycan vətəndaşları F. Hüseyn və Ş. Hacızadə bu il mayın 2-də Təbrizdə bir neçə mülki şəxslər tərəfindən saxlanılaraq qeyri-müəyyən istiqamətə aparılıb. Saxlanmanın səbəbləri barədə məlumat verilmir.
XS
SM
MD
LG