Accessibility links

İstifadə Şərtləri

İstifadə Şərtləri

İSTİFADƏ ŞƏRTLƏRİ VƏ ÖZƏL MƏLUMAT HAQDA BİLDİRİŞ

Özəl Məlumat haqda Bəyanat

Əgər siz bizə könüllü şəkildə özünüz haqda məlumat verməsəniz, biz siz vebsaytımıza girdiyiniz zaman sizdən şəxsi məlumat toplamayacağıq.

Avtomatik Toplanan və Saxlanılan Məlumat

Əgər siz vebsayta girişiniz zamanı yalnız xəbər oxuyacaq və ya məlumat yükləyəcəksinizsə onda biz avtomatik olaraq sizin vebsayta girişiniz barədə bəzi məlumatları toplayıb saxlayacağıq. Bu məlumatlar sizin kimliyinizi müəyyən etmir. Biz sadəcə olaraq sizin vebsayta girişiniz haqda aşağıdakı məlumatları toplayıb saxlayırıq:

1. Vebsaytımıza daxil olmaq üçün istifadə etdiyiniz brauzer növü və operasiya sistemi

2. Saytımıza girdiyiniz tarix və vaxt

3. Girdiyiniz səhifələr

4. Əgər vebsaytımıza başqa sayt vasitəsilə daxil olmusunuzsa onda həmin vebsaytın ünvanı

5. İnternet məkanı (məsələn, əgər siz özəl internetə çıxış hesabından istifadə edirsinizsə “xcompany.com”, yaxud əgər siz təhsil aldığınız universitetdən yazırsınızsa “yourschool.edu”) və sizin vasitəsilə vebsaytımıza daxil olduğunuz IP ünvanı (IP ünvanı siz internetdə olarkən kompüterinizə avtomatik verilən nömrədir).

Əgər Bizə Şəxsi Məlumat Göndərsəniz

Əgər siz bizə email göndərməklə və ya şəxsi məlumatınız əks olunduğu formanı doldurmaqla şəxsi məlumatınızı paylaşırsınızsa, onda biz həmin məlumatdan təkcə sizin mesajınıza cavab yazmaq və bizdən istədiyiniz informasiyanı tapmaq üçün istifadə edirik. Biz başqa heç bir məqsəd üçün şəxsi məlumat toplamırıq. Bundan əlavə, biz sizin verdiyiniz məlumat əsasında fərdi profil yaratmırıq və bu məlumatı başqa özəl təşkilata vermirik. Habelə biz ticari marketinq məqsədləri üçün informasiya toplamırıq.

Biz sizin emailinizi başqa federal hökumət agentliyi ilə yalnız o halda bölüşə bilərik ki, sizin sorğunuz həmin agentliyə dair olsun və ya qanun bunu bizdən tələb etsin. Əlavə olaraq əgər konqres və ya ədliyyə qurumları mühakimə məramı ilə bizdən tələb edərlərsə, onda biz email də daxil olmaqla sənədləri açıqlayacağıq.

İzləmə və Fərdiləşdirmək üçün Toplanan Məlumat (Kukilər)

Kuki vebsaytın sizin kompüterinizə siz onlayn bağlantıda olduğunuz zaman spesifik informasiyanı yadda saxlamaq üçün köçürdüyü kiçik fayldır. Sizin kompüter kukidə olan məlumatı yalnız onun qaynaqlandığı vebsaytla paylaşacaq və başqa heç bir vebsayt bu məlumatı istəyə bilməz. İki növ kuki mövcuddur: sessiya və davamlı. Sessiya kukiləri veb brauzer açıq olduğu zaman fəal qalır. Davamlı kukilər isə məlumatı sizin kompüterinizdə daha uzun müddət saxlayır.

Amerikanın Səsi (VOA) vebsaytları saytda daha yaxşı naviqasiya edə bilmək və yaxud interaktiv seçimlərinizi fərdiləşdirməyə imkan vermək üçün texniki məqsədlə sessiya kukilərindən istifadə edə bilər. Bir neçə VOA vebsaytları həmçinin sizi girişdən girişə xatırlamaq üçün davamlı kukilərdən istifadə edə bilər. Məsələn, bununla siz gələcək girişlər üçün fərdiləşdirilmiş seçimlərinizi müəyyən edə bilərsiniz. Davamlı kukilərdən istifadə edən hər bir VOA saytı bunu aydın edir.

Heç bir vaxt davamlı kukilərdə və yaxud başqa yerdə saxlanmış özəl məlumatınız bu məlumatı əldə etmək hüququ olmayan üçüncü tərəflə bölüşülmür. Əgər siz kompüterinizdə sessiya və ya davamlı kukilərin saxlanmasını istəmirsinizsə, onları öz brauzerinizdə qapada bilərsiniz. Lakin bu, bəzi VOA vebsaytlarının funksiyasına təsir göstərə bilər.

Təshih

Biz missiyamızı yerinə yetirmək yaxud xəbərləri illustrasiya etməkdən ötrü kənar saytlara linklər yarada bilərik. Kənar serverlərə linklər Amerikanın Səsinin rəsmən bu vebsaytda yazılan rəy və ideyaları təsdiqi anlamına gəlmir, yaxud bu linklər orada verilən məlumatların etibarlılığına təminat vermir. Ticari vebsaytlara linklər qətiyyən satıcıların məhsul və xidmətlərinin bəyənilməsi demək deyil. Peşəkar fəaliyyət göstərən kənar serverlərə linklər qoyulacaq (yəni onlar tam fəaliyyətlidir, əksər vaxtlarda məqbul olur, qeyri-səhih məlumatlar və ya biədəb qrafiklər cizgiləndirmir). Bu server hansısa siyasi platformaya rəsmi dəstək verən və ya onlar üçün pul toplayan serverlərə link qoymayacaq.

Amerikanın Səsi Birləşmiş Ştatlar daxilində yayımlanmır. Vebsaytlarımız kimi, bizim proqramlarımız da xarici auditoriyalar üçün nəzərdə tutulub. Oxşar loqolardan və ya abreviatüralardan istifadə edən daxili Amerika yayımçıları bu beynəlxalq yayım agentliyi və ya VOANews.com-la əlaqəli deyillər.

Düzəlişlər

VOANews.com xətaları aşağıdakı şəkildə tənzimləyir: Əgər xəta hərf səhvindən ibarətdirsə, bu, faktları və ya hekayənin məğzini dəyişmir, və biz bunu kiçik səhf hesab edərək əlavə qeyd olmadan düzəldirik. Əgər səhv böyükdürsə və fakt yanlışlığı varsa, onda biz onu dəyişirik, ulduz işarəsi * əlavə edərək xəbər və ya reportajın sonunda bunun nə vaxt düzəldildiyini və orijinal mətndə nə yazıldığını qeyd edirik. Yenilənən xəbərdə biz hadisələr inkişaf etdikcə məqalənin mətnini təkrar-təkrar əvəzləyə bilərik. Bu halda xəbərin mahiyyətini və vaxt məhdudiyyətini nəzərə alaraq biz hər versiyada edilən dəyişikliyi qeyd etməyəcəyik – belə ki, biz oxucuların xəbərin inkişaf etməkdə olan xəbər olduğunu anladığını güman edirik.

Şərhlərin Qoyulmasına dair Qaydalar

Bütün şərhlər dərc olunmazdan əvvəl nəzərdən keçiriləcək. VOA səy göstərəcək ki, yazılan şərhləri maksimum 48 saat ərzində dərc etsin. VOA düşüncəli diskussiyanı həvəsləndirir. Odur ki, ideologiya yaxud siyasi nöqteyi nəzər əsasında şərhlərə senzura tətbiq etməyəcək. VOA şərhləri redaktə etməyəcək – biz ya onları dərc edəcəyik ya da yox.

Bütün şərhlər aşağıdakı qaydalara riayət etməlidir:

1. Şərh mövzu ilə əlaqədar olmalıdır.

2. Biədəblik, söyüş, nifrət terminologiyası, QIŞQIRMAQ və ya başqa pis davranış olmamalıdır.

3. Şəxsi hücumlar, qızışdırıcı dildən istifadə və ya zorakılığa çağırış olmamaldır.

4. Yalnız sadə mətn. HTML və ya başqa kod olmaz.

Müəlliflik Hüququ barədə Bəyanat

1. Siz VOANews.com tərəfindən dərc olunmuş istənilən materialdan istifadə edə və yaxud VOANews.com vebsyatının səhifəsinə link aça bilərsiniz. Əlavə icazə almağa ehtiyac yoxdur. Əgər siz istənilən VOANews.com səhifəsinə link açmaq istəyirsinizsə askvoa@voanews.com-a sorğu göndərin. İstənilən VOA materialı üçün VOANews.com-a, Amerikanın Səsi və ya VOA-ə istinad olunmalıdır. Biz xahiş edirik ki, istifadə edə biləcəyiniz VOA materiallarını qısaltmayasınız və ya redaktə etməyəsiniz.

2. Eksklüsiv olaraq Amerikanın Səsi tərəfindən hazırlanmış bütün mətnlər, audio və video materiallar ictimai məkana məxsusdur. Lakin bəzi şəkil və qrafiklər istifadə üçün lisenziyalaşdırılıb və bunlara müvafiq müəlliflik hüquqları şamil edilir. Spesifik məhdudiyyətlər üçün aşağıdakılara baxın:

3. Associated Press: AP-in foto və qrafiklərindən istifadə etmək üçün VOA-in Associated Press-dən xüsusi lisenziyası var. Bütün AP materialları müəllif hüququna malikdir və Associated Press-in mülkiyyətidir. Ona görə də Associated Press-in yazılı icazəsi olmadan bu materialın surəti çıxarıla, dərc oluna və ya kütləvi formada yayıla bilməz. Associated Press-ə məxsus mətn, foto, qrafik, audio və video material dərc olunmaycaq, yayımlanmayacaq, yayım və ya nəşr məqsədilə yenidən yazılmayacaq və ya heç bir kütləvi informasiya vasitəsində birbaşa və ya vasitəli qaydada paylanmayacaq. AP materialları və ya onların bir hissəsi şəxsi və ya qeyri-ticari məqsədlərdən savayı başqa məqsədlə kompüterdə saxlanıla bilməz. AP İstifadəçi, üçüncü tərəf, xidmətdə informasiya alan başqa şəxs, yaxud hər hansı bir şəxs qarşısında bu material və ya onun bir hissəsinin translyasiyasında və ya ötürülməsində yubanmalara, qeyri-səhihliyə, xətalara, pozulmalara və yuxarıda sadalanan hallar zamanı dəyən zərərə görə qətiyyən cavabdehlik daşımır.

4. “Amerikanın Səsi” və “voanews.com” ticarət markalarıdır ki, bunlardan açıq icazə olmadan istifadə edilə bilməz. Lakin siz öz səhifənizdən Amerikanın Səsinin vebsaytına link qoymaq üçün voanews.com loqosunun qrafikindən istifadə edə bilərsiniz.

Rəqəmsal Dövrdə Müəllif Hüquqları Qanunu ilə bağlı müraciət

Amerikanın Səsi (VOA) başqalarının əqli mülkiyyətinə hörmətlə yanaşır və Amerikanın Səsi saytının istifadəçilərindən də bunu tələb edir. Amerikanın Səsi Rəqəmsal Millennium Müəllif Hüquqları Qanununa (DMCA) və tətbiq olunan digər qanuna uyğun olaraq, müəllif hüquqları sahiblərinin hüquqlarını pozan hesabların müvafiq şəraitdə ləğv edilməsini nəzərdə tutan qanun qəbul edib. İşinizdən istifadə olunarkən müəllif hüquqlarınızın pozulduğunu ehsab edirsinizsə, Amerikanın Səsinin Müəllif Hüquqları agentinə aşağıdakı məlumatları verməyiniz xahiş olunur:

• Müəllif hüquqları pozulduğu iddia edilən müstəsna hüquq sahibinin adından hərəkət etmək səlahiyyətinə malik olan şəxsin fiziki və ya elektron imzası.

• Müəllif hüquqlarının pozulduğu iddia edilən işin rəsmi dövlət qeydiyyatı. Əgər Amerikanın Səsinin saytında müəllif hüquqları ilə qorunan çoxsaylı işlə bağlı müraciət olunursa, saytdakı bu işlərin siyahısı.

• Müəllif hüquqlarının pozulduğu və ya pozulacağı iddia edilən və saytdan çıxarılması tələb olunan materialın rəsmi dövlət qeydiyyatı və Amerikanın Səsinin bu materialı tapması üçün kifayət qədər məlumat.

• Amerikanın Səsinin şikayətçi tərəflə, yəni sizinlə əlaqə saxlamasına imkan verəcək kifayət qədər məlumat.

• Şikayət edən tərəfin, materialın şikayət edildiyi şəkildə istifadə edilməsinə müəllif hüquqları sahibi, onun nümayəndəsi və ya qanun tərəfindən icazə verilmədiyinə əmin olduğunuza dair bir bəyanat.

• Müraciətdəki məlumatların doğru olduğuna və yalan ifadə vermə cəzasını nəzərə alaraq, şikayətçi tərəfin pozulduğu iddia edilən müstəsna bir hüququn sahibi adından hərəkət etmək səlahiyyətinə dair bir bəyanat.

Müəlliflik hüquqlarının pozulması iddiaları ilə əlaqədar Amerikanın Səsinin Müəllif Hüquqları agentinin copyrightclearances@usagm.gov ünvanına email göndərməklə və ya aşağıdakı ünvana yazmaqla əlaqə saxlaya bilərsiniz:

Voice of America Copyright Agent
330 Independence Ave, SW
Suite 3349
Washington, D.C. 20237
United States of America

XS
SM
MD
LG