Accessibility links

Bizim haqda

Bizim haqda

Amerikanın Səsi ən böyük ABŞ beynəlxalq multimedia xəbər təşkilatıdır. Bu təşkilat 45 dildə azad mətbuata çıxışın olmadığı yaxud məhdud olduğu məkanlarda yaşayan insanlara informasiya çatdırır. 1942-ci ildə təsis olunmuş Amerikanın Səsi ətraflı, müstəqil reportajlar hazırlamağı, dinləyicilərə həqiqəti söyləməyi özünə borc bilir. Amerikanın Səsi tam şəkildə ABŞ vergiverənləri tərəfindən maliyyələşdirilən Birləşmiş Ştatlar Qlobal Media Agentliyinin tərkib hissəsidir.

Amerikanın Səsinin missiyasına və redaksiya müstəqilliyinə qanun təminat verir. Həmin qanunlar Amerikanın Səsinin jurnalistlərini kənar təsirdən, təzyiqdən, hökumət rəsmiləri və siyasi xadimlərin əks-tədbir xarakterli əməllərindən qoruyur.

1976-cı ildə Prezident Cerald R. Ford Amerikanın Səsinin xartiyasını qanuna imzalayıb. Həmin sənəddə deyilir:

1. Amerikanın Səsi davamlı olaraq etibarlı və yüksək keyfiyyətli xəbər mənbəyi qismində xidmət göstərəcək. Amerikanın Səsinin xəbərləri dəqiq, obyektiv və ətraflı olacaq.

2. Amerikanın Səsi Amerika cəmiyyətinin hansısa seqmentini yox, bütövlükdə Amerikanı təmsil edəcək. Bu xüsusda o, Amerika təfəkkürünün və təsisatlarının balanslı və hərtərəfli mənzərəsini təqdim edəcək.

3. Amerikanın Səsi Birləşmiş Ştatların siyasətini aydın və effektiv şəkildə təmsil edəcək, və həmçinin bu siyasətlərlə bağlı məsuliyyətli diskussiyalar və rəylər təqdim edəcək.

1994-cü ildə ABŞ Konqresi ABŞ Beynəlxalq Yayım Aktını qəbul edib. Bu qanun da Amerikanən Səsinin jurnalistlərindən işlərinin yüksək keyfiyyətli, dəqiq, obyektiv, ətraflı, balanslı olmasını və ABŞ mədəniyyətini və sosial müxtəlifliyini əks etdirməsini tələb edir.

2016-cı ildə Konqres Milli Müdafiə Səlahiyyətləri Aktında yenidən təsdiq edib ki, xəbər toplanışı və reportajların hazırlanması müstəqil və obyektiv qaydada aparılmalıdır.

Hər gün Amerikanın Səsinin jurnalistləri azad mətbuat prinsiplərini dünyaya sərgiləmək naminə çalışırlar.

Amerikanın Səsi

Azad Mətbuat Şərtdir

XS
SM
MD
LG