Accessibility links

Bəşar Əl-Əsədin ən yaxın adamının ölkədən qaçdığı ehtimal olunur


Bir zamanlar Bəşar Əl-Əsədin ən yaxın adamı olmuş Suriyanın ən yüksək səviyyəli generalının Suriyadan qaçdığı və Türkiyədə olduğu deyilir. Bu, Əsəd hökumətinə ən böyük zərbələrdən biri ola bilər.
Suriya İnsan Haqları Müşahidə qrupundan Sipan Həsən Amerikanın Səsinə bildirib ki, qrup Suriyadakı təhlükəsizlik mənbələrindən və jurnalistlərdən Manaf Tlasın ölkəni tərk etməsi barədə məlumat alıb.
Tlas Əsədin Respublikaçı Qvardiyasında briqada generalı olub və sabiq müdafiə nazirinin oğludur.
Həsən deyib ki, Tlas ölkəni tərk etməsini qarşıdakı günlərdə rəsmən təsdiq edə bilər. Fəalın sözlərinə görə, dünən müxalif Azad Suriya Ordusunun polkovniki Riad Əl-Əsəd Tlasın Türkiyə olduğunu bəyan etmişdi.
Türkiyə Tlasın ərazisində olmasını təsdiq etməyib.
Qərb və Yaxın Şərq xəbər agentlikləri ilə yanaşı Suriya müxalif qrupları da generalın ölkədən qaçdığı barədə məlumat verib.
XS
SM
MD
LG