Accessibility links

New York Times: "İraq İrana iqtisadi sanksiyalardan yayınmağa kömək edir"


ABŞ-ın nüfuzlu qəzetlərindən olan The New York Times yazır ki, İraq İrana iqtisadi sanksiyalardan yayınmağa kömək edir.

Qəzetin məlumatına görə, İraq İranın sanksiyalardan yayınması üçün maliyyə institutları şəbəkəsindən və neft qaçaqmalçılığı əməliyyatlarında istifadə edib.

İyul ayında ABŞ prezidenti Barak Obama Bağdad bankının ABŞ-ın bütün bankları ilə əlaqəsinə qadağa qoymuşdu. Cənab Obama açıqlamasında bildirmişdi ki, Elaf İslam Bankı İranın qeyri-qanuni fəaliyyətlərinə milyonlarla dollar dəyərində əməliyyatlar həyata keçirib.

The New York Times yazır ki, Barak Obamanın qərarına baxmayaraq, Elaf bankı İraqın Mərkəzi Bankının gündəlik hərraclarında iştirak edir. Burada maliyyə bankları İraq dinarını sataraq, ABŞ dolları ala bilirlər.
XS
SM
MD
LG