Accessibility links

Vatikan məhkəməsi Roma Papası XVI Benediktin köməkçisini pontifin şəxsi sənədlərini oğurlamaqda və onları jurnalistə sızdırmaqda günahkar bilib.

Vatikan sözçüsü bildirib ki, Papa güman ki, Qabrieli əvf edəcək.

Hakim Cüzeppe Dalla Torre şənbə günü üç hakimdən ibarət panelin yekun hökmünü oxuyaraq 46 yaşlı üç uşaq atası Paolo Qabrieli 18 aylıq həbs cəzasına məhkum edib.

Qabrielin tərəfdaşı olan kompüter eksperti isə ayrıca mühakimə olunacaq.

Hakim Torre ilkin olaraq Qabrielə üç illik həbs cəzası vermişdi, lakin onun keçmiş xidmətlərini və kriminal keçmişinin olmadığını nəzərə alaraq cəza müddətini 18 aya azaldıb.
Qabriel papanın şəxsi sənədlərini oğruladığını və onları jurnalistə ötürdüyünü etiraf edib. Bu, dünyanın ən kiçik dövləti olan Vatikan tarixində misli görünməmiş bir olay hesab olunur.
XS
SM
MD
LG