Accessibility links

Suriya qüvvələri rəqib döyüşçülərin mövqelərini bombardman edib


Suriyanın təhlükəsizlik qüvvələri rəqib döyüşçülərin Dəməşq yaxınlığındakı mövqelərini bombardman edib. Hava və raket hücumları nəticəsində 10 adamın öldüyü, bir çoxlarının yaralandığı bildirilir.

Britaniyada yerlşən Suriya İnsan Haqları Müşahidəsi qrupu hücumların Dəraya və Deir Əl-Əsafiq şəhərlərini hədəf aldığını deyir. Qrup Hələb şəhəri, İdlib vilayətinin şimal hissəsi və Latakiaya da hücumlar edildiyini xəbər verir.

Rəqib döyüşçülər isə şəhərin mərkəzinə can atır. Prezident Əsədə sadiq qüvvələr nəyin bahasına olursa olsun Dəməşqdə təhlükəsizliyi təmin etməyə çalışır.

Homs şəhərinin məscidi yaxınlaığında kamikadze hücumu həyata keçirilib. Hücum zamanı 15 adam həlak olub, 24 nəfər yaralanıb.
XS
SM
MD
LG