Accessibility links

Yanvarın 14-də Ermənistanın Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin qeydiyyatı ilə bağlı yekun qərar verəcək.

“Media forum” saytının məlumatına görə, hazırda prezidentliyə 7 nəfər iddia edir:


prezident Serj Sərkisyan;


sabiq baş nazir, Azadlıq Partiyasının lideri Qrant Baqratyan;


sabiq xarici işlər naziri, İrs Partiyasının lideri Raffi Ovannisyan;


politoloq Andrias Qukasyan;


Dağlıq Qarabağın sabiq “xarici işlər naziri” Arman Məlikyan;


Milli Müqəddəratı Təyinetmə Birliyinin sədri Paruyr Ayrikyan;


dastanşünas Vardan Sedrakyan.


Prezident seçkisi fevralın 18-də keçiriləcək. Qələbəyə ən çox şansı olan iddiaçı dövlət başçısı Serj Sərkisyandır. 1954-cü ildə Xankəndidə doğulan Serj Sərkisyan Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda separatçı və işğalçı hərəkatın əsas nümayəndələrindəndir. Ermənistanın müdafiə, milli təhlükəsizlik və daxili işlər naziri, baş naziri olub. 2008-ci ildən prezident postunu tutur.

XS
SM
MD
LG