Prezident Barak Obama ikinci dönəm prezidentliyə başlayırkən Çin ABŞ-la münasibətləri barədə “ehtiyatlı optimizm” ifadə edib.
Şinhua xəbər agentliyi yazır ki, strateji etimadın olmaması “ABŞ-Çin münasibətlərində başlıca əngəldir.”
Amma Pekində çıxış edən xarici işlər nazirliyinin sözçüsü Honq Ley bildirib ki, “sağlam və stabil” münasibətlər inkişaf etdirmək hər iki dövlətin “fundamental maraqlarına” xidmət edir.
ABŞ və Çin dünyanın ən iri iqtisadi qüdrətləridir, amma bu ölkələr arasında valyuta və Cənubi-Şərqi Asiyada ərazi mübahisələri ilə bağlı tez-tez fikir ayrılıqları meydana çıxır.