Accessibility links

"Neftlə zəngin keçmiş Sovet ölkəsi olan Azərbaycanın mərkəzi bölgəsində kiçik avtomobil qəzası qəsəbədə gərginlik yaratmış və demokratiya sahəsində çatişmazlıqların göstəricisi olaraq yerli sakinlərlə bölgə rəsmilərini toqquşdurub," Washington Post yazır.

Bakıdan 175 kilometr məsafədə yerləşən İsmayıllıda yüzlərlə qəzəbli vətəndaş gecə baş vermiş üsyandan sonra bölgədə hökumət binasını dövrəyə alaraq icra hakimiyyəti başçısının istefasını tələb edib.

Deyilənlərə görə hər şey 22 yaşlı Emil Şəmsəddinovun yol kənarında dayanmış sürücü ilə mübahisəsindən sonra başlayıb. Fahişəxana kimi istifadə edildiyi deyilən Çıraq otelinin sahibi İsmayıllı sakinləri ilə kobud və təkəbbürlü davranmışı nəticəsində sərt şəkildə döyülmüşdür.

Polisin məlumatına görə Şəmsəddinovun içkili şəkildə avtomobili idarə etdiyi güman edilir.

Şəmsəddinovun ətrafdakı insanlara söyüş söyməsi və onların üstünə bağırması İsmayıllı sakinlərinin qəzəbinə səbəb olub.

Münaqişə qıza zamanda alovlanıb, üç minə yaxın adam Şəmsəddinovun sahibi olduğu Çıraq otelinə doğru hərəkət edərək əvvəlcə oteli yandırıb, sonra isə icra hakimiyyəti başçısının imarətinə doğru irəliləliləyib.

Washington Post Transparency International təşkilatına istinad edərək yazır ki, Azərbaycan korrupsiya indeksində 176 ölkə arasında 139-cu yerdə durur. Ölkənin neft gəlirləri sayəsində zənginləşməsi kiçik varlı zümrə ilə yoxsul təbəqə arasında dərin uçurum yaradıb.

Bu, son bir neçə gündə Azərbaycanda rəsmilərlə sakinlər arasında baş verən ikinci toqquşmadır. Ötən şənbə günü "Binə" Ticarət Mərkəzinin sahibkarları rüşvətə etiraz edərək polislə toqquşmuşdu. Ondan öncə isə əsgər ölümlərinə etiraz edən yüzlərlə gənc Bakının mərkəzində aksiya keçirib.

İsmayıllıda baş verən hadisə nadir olay olsa da presedentsiz deyil. Ötən il Qubada üsyan edən sakinlər yerli icra hakimiyyəti başçısının vəzifədən çıxarılmasına nail olmuşdu. Azərbaycanda bütün icra hakimiyyəti başçılarını yerli sakinlər yox, prezident İlham Əliyev təyin edir. İcra hakimiyyəti başçıları adətən yerli sakinlər arasından yox, başqa regionlardan seçilir. Hazırda İlham Əliyev İsveçrədə Dünya İqtisadi Forumunda iştirak edir.
XS
SM
MD
LG