Accessibility links

Ərəb Baharının başlamasndan iki il ötür [Fotoqalereya]


Amerikanın Səsinin Yaxın Şərq üzrə müxbiri Elizabet Arrot son iki ildə ərəb dünyasını bürümüş tarixi hadisələri öz fotokamerasında sənədləşdirib.

Təqdim edilən fotoqalereya Misirdə, Liviyada, Yəməndə və Suriyada insanların avtoritar idarəçiliyə qarşı qaldırdıqları üsyan səsini nümayiş etdirir.

2010-cu ildə, 18 dekabrda Sidi Buzid şəhərində baş verən hadisə Ərəb Baharının başlanmasına qığılcım verdi. Gənc tacir Məhəmməd Buəzizi məmur özbaşınalığına etiraz əlaməti olaraq özünü yandırdıqdan sonra minlərlə tunisli diktator Zine El Abdin Ben Əliyə qarşı aksiyalara qatıldılar.

Korrupsioner diktator kimi ad çıxarmış Ben Əli xalq müqaviməti qarşısında ölkədən qaçdı. Az sonra avtoritar idarəçiliyə qarşı hiddət dalğası Liviya, Misir və başqa ərəb ölkələrinə yayıldı.

İndiyədək dörd ərəb ölkəsində - Tunis, Liviya, Misir və Yəməndə liderlər devrilib. Suriyada və Bəhreyndə vətəndaş qarşıdurmaları davam edir.
XS
SM
MD
LG