Accessibility links

Əlirza Ərdəbilli: Milli dövlətçiliyimiz yolunda atılan hər addım müsbət hadisədir [Audio]


Əlirza Ərdəbilli

Əlirza Ərdəbilli

Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının sözcüsü, Əlirza Ərdəbili hesab edir ki, İran Azərbaycanının gələcəyi ilə bağlı siyasi baxışlarından asılı olmayaraq bütün qüvvələr milli dövlətçilik ənənəsinin meydana çıxması uörunda mübarizə aparmalıdırlar. Bu mübarizə İranın federal dövlət kimi saxlanması yaxud Azərbaycanın İrandan ayrılması formaları ala bilər. Əsas hədəf Azərbaycan Türklərinin özünü-idarəçilik təcrübəsi toplamasıdır, deyə hazırda İsveçdə yaşayan güneyli yazar və jurnalist Amerikanın Səsinə müsahibədə bildirib.


Əlirza Ərdəbillinin dediklərinə görə, Güney Azərbaycan Milli Demokratik Birliyinin qurucuları keçmiş fəliyyətlərinin davamı, milli hərəkatın inkişafı, fərdi azadlıqların genişlənməsi və təşkilatlar arası iş birliyin artması istiqamətində hərəkət etməyi qarşıya məqsəd qoyublar.
Mövcüd təşkilatların bir çoxu istiqlal ya federalizm məsələsi üzərində qurulublar. İstiqlal və federal sözünü adlarında yerləşdirən təşkilatlar belə mövcüddür. Ancaq biz, istər federal istər müstəqil, Azərbaycan dövlətçiliyini əsas tutmuşuq.
Cənab Ərdəbilli təsisçilərin mövcüd təşkilatlara qoşulmaq əvəzinə, yeni bir təşkilat yaratmaq təşəbbüsünü belə izah edir: “Mövcüd təşkilatların bir çoxu istiqlal ya federalizm məsələsi üzərində qurulublar. İstiqlal və federal sözünü adlarında yerləşdirən təşkilatlar belə mövcüddür. Ancaq biz, istər federal istər müstəqil, Azərbaycan dövlətçiliyini əsas tutmuşuq.”

Birliyin sözçüsü təşkilatın milli dövlətçilikdən əlavə sosial ədalət və qadın haqları kimi əsaslara da yüksək dərəcədə önəm verdiyini bildirir. “Təşkilatımızda qadınların rolu və iştirakı kifayət qədər olmasa da, bir çox qruplarla müqayisədə olduqca yuxarıdır,” deyə o, təşkilatın digər sözçüsü Simin Səbrinin qadınlar arasından seçildiyinə diqqət çəkib.

Əlirza Ərdəbilli “ya hər şey ya heç nə” şəklində olan şuarları düzgün saymır və öz təşkilatının maksimalizmdən uzaq olduğunu vurğulayır: “Azərbaycanın milli dövlətçiliyi yolunda atılan hər addımı müsbət hadisə kimi qiymətləndiririk.”
Azərbaycanın milli dövlətçiliyi yolunda atılan hər addımı müsbət hadisə kimi qiymətləndiririk.

Cənab Ərdəbilli ötən Beynəlxalq Ana Dili Günündə 600 nəfər güneyli tələbə və ziyalının İran media mənsublarına məktub unvanlayaraq, onlardan qəzetlərində Türk dilinə də yer ayırmaq istədiklərini yaxşı bir addım olaraq qiymətləndirib və bu növ kiçik addımların önəmli olduğunu vurğulayır.
XS
SM
MD
LG