Accessibility links

Amerikada intihar halları artıb


Orta yaşlı və ələlxüsus ağ amerikalılar arasında intihar halların sayı son on ildə 28 faiz artıb. Bu haqda məlumatı Xəstəliyə Nəzarət və Qarşısıalınma Mərkəzi açıqlayıb.

35-64 yaşları arasında adamlar indi ABŞ-da intihar edənlərin 57 faizini təşkil edir. Bunların çoxu isə 50 yaşlarında olanlardır.

Tədqiqatçılar intihar hallarının artmasına əsas səbəb kimi iqtisadi tənəzzülü görürlər.

Amerikada intiharın ən geniş yayılmış forması odlu silahdan istifadədir. Ümumən kişilər özlərini asmağa, qadınlar isə özlərini zəhərləməyə meylli olurlar.
XS
SM
MD
LG