Accessibility links

Əhməd Haşimi: Həsən Ruhanidən ciddi islahatlar gözlənilmir [Audio]


Əhməd Haşimi

Əhməd Haşimi

İran Xarici İşlər Nazirliyinin sabiq əməkdaşı və jurnalist Əhməd Haşimi Amerikanın Səsinə müsahibədə İranın yeni prezidenti Həsən Ruhani ilə islahatçı qruplar arasında əlaqələr, islahatçıların seçkilər dönəmində Ruhanini dəstəməklə güddükləri məqsədlər, habelə muxtəlif siyasi qruplar o cümlədən qeyri-fars icmalarının yeni prezidentdən gözləntilərini şərh edib.

Bəzi siyasi ekspertlərin fikrincə, islahatçı qüvvələrin əksər kəsimi yenidən iqtidar dairələrinə daxil olmaq məqsədi ilə seçkilərdə mötədil siyasətçi kimi tanınan Həsən Ruhanini dəstəklədilər. Əhməd Haşimi eyni fikiri paylaşsa da, sadəcə İranın ali ruhani rəhbərinə yaxın olanların güc mərkəzlərinə qayıtmaq şansına sahib olduqlarına inanır.

Prezident Həsən Ruhani

Prezident Həsən Ruhani

“Həsən Ruhani çıxışlarında mötədillik sözünü tez-tez işlədir. Ola bilər ki o, mötədil olan, İran İslam Respublikasını bütünlüklə dəstəkləyən və Xameneyiyə daha yaxın olan islahatçı qüvvələrə öz hökümətində vəzifə versin,” deyə İran Xarici İşlər Nazirliyinin sabiq dilmancı söyləyir. Amma onun sözlərinə görə bu növ ölçülərin limitləri var.

Hazırda Türkiyədə mühacirət həyatı yaşayan jurnalist hesab edir ki, bir sıra islahat təmayüllü qrupların əsas hədəfləri İran rejimini qorumaq və yenidən iqtidara dönməkdir. “Onların adı islahatçı olsa da, sistemin kökündən dəyişməsini istəmirlər,” deyə cənab Haşimi vurğulayır.

Qeyri-farslara ana dilində təhsil haqqı və qadınların hicab məsələsi İran İslam Respublikasının qırmızı xətlərindəndir. İranın təhlükəsizlik orqanlarında uzun keçmişi olan Həsən Ruhani isə sistemin dayaqlarına sadiqdir.
İranın dini mərkəzi sayılan Qum şəhərindən olan cənab Haşiminin sözlərinə görə, İranda ayrı-seçkiliyə məruz qalan qruplar, o cümlədən qadınlar və etnik azlıqların hüquqları ilə bağlı Həsən Ruhani tərəfindən ciddi dəyişikliklərin həyata keçiriləcəyi gözlənilmir.

“Qeyri-farslara ana dilində təhsil haqqı və qadınların hicab məsələsi İran İslam Respublikasının qırmızı xətlərindəndir. İranın təhlükəsizlik orqanlarında uzun keçmişi olan Həsən Ruhani isə sistemin dayaqlarına sadiqdir,” deyə Əhməd Haşimi yeni prezidentin İslam İnqilabının gətirdiyi siyasi quruluşun yetirməsi olduğunu önə çəkir.
XS
SM
MD
LG