Accessibility links

Sabiq prezident başını qırxdırdı


Corc H.V. Buş və balaca Patrik
Corc H.V. Buş və balaca Patrik
Sabiq ABŞ prezidenti Corc Herbert Voker Buş çərşənbə günü leykemiyadan (qan xərçəngi) əziyyət çəkən iki yaşlı oğlanla həmrəyliyini göstərmək üçün başını tam qırxdırıb.

Patrik adlı oğlan prezident Buşun cangüdənlərindən birinin övladıdır. Xərçəng müalicəsi nəticəsində onun saçları tökülüb.

Sabiq prezident bütöv cangüdən heyəti ilə birgə başlarını qırxdırıb
Sabiq prezident bütöv cangüdən heyəti ilə birgə başlarını qırxdırıb
89 yaşlı Buşa ideya bir neçə cangüdənini keçəl gördükdən sonra gəlib. O, bunun səbəbini soruşanda cangüdənlər ona bildiriblər ki, övladı xəstə olan ata ilə həmdərd olduqlarını nümayiş etdirmək üçün onlar başlarını qırxdırıblar.

Sabiq prezident Patrikin müalicəsinə əlavə vəsait toplamaq üçün www.patrickspals.org adlı vebsayt açıb.

Amerikalıların 41-ci prezidenti üçün bu məsələ xüsusi məna kəsb edir. 1953-cü ildə Corc Buş və xanımı Barbara 4 yaşlı qızları Paulini qan xərçənginə itirmişdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG