Accessibility links

Human Rights Watch İran hökumətini azərbaycanlı fəalları azad etməyə səslədi


“Iran hökuməti dərhal və qeyd-şərtsiz beş azərbaycanlı hüquq müdafiəçisini azad etməlidir,” deyə Human Rights Watch təşkilatının rəhbərliyi İslam Respublikasının hökumətinə müraciət edib. İnsan haqlarını qlobal miqyasda müdafiə edən qurum Yeni GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) təşkilatının liderlərinin mülki-mədəni hüquqlar uğrunda mübarizə apardığını vurğulayıb.

İranın etnik azlıqlarla, azərbaycanlılarla rəftarı bu hökumətin fundamental hüquqlara və qanun aliliyinə münasibəti barədə çox şey deyir.
Human Rights Watch
Appelyasiya məhkəməsi bu günlərdə Mahmud Fəzli, Ayət Mehrəli Beyoğlu, Şəhram Radmehr, Lətif Həsəni və Behbud Quluzadəyə verilmiş 9 illik həbs hökmünü qüvvədə saxlayıb.

“Öz hüquqlarını müdafiə etmək, muxtariyyat istəmək etnik azlığın üzvlərini həbsə göndərmək üçün əsas ola bilməz,” deyə təşkilatın Yaxın Şərq bürosunun direktoru Joe Stork bildirib. “Bu adamlar öz etiraz hüquqlarını icra etməkdən başqa heç nə etməyiblər.”

Yeni GAMOH liderləri
Yeni GAMOH liderləri
Milli fəallar hamısı Yeni GAMOH təşkilatının mərkəzi komitəsinin üzvləridirlər. Onlar "qeyri-qanuni qurum yaratmaq" və "dövlətə qarşı təbliğat aparmaq" ittihamları ilə ikigünlük məhkəmədə məhkum olunublar. Hökm iki ay öncə Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi tərəfindən çıxarılıb.

Liderlər hazırda Tehrandan 47 kilometr qərbdə yerləşən Kərac şəhərində Rəcai Şəhr Həbsxanasında saxlanılırlar.

Avqustun 1-də Human Rights Watch yenicə seçilmiş İran prezidenti Həsən Ruhaniyə açıq məktub yollayıb. Həmin məktubda cənab Ruhani bütün İran vətəndaşlarının hüquqlarını qorumağa istiqamətlənmiş siyasət yürütməyə çağırılır.

"İranın etnik azlıqlarla, azərbaycanlılarla rəftarı bu hökumətin fundamental hüquqlara və qanun aliliyinə münasibəti barədə çox şey deyir. Bu beş fəalla rəftar göstərir ki, etnik azlıqların hüquqlarına gəldikdə, rəsmilərin dedikləri ilə etdikləri arasında böyük uçurum var," deyə bəyanatda bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG