Accessibility links

İlham Şaban: Qaz quyusunda yanğının söndürülməsi həftələrlə vaxt apara bilər [Audio]


İlham Şaban

İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Bulla-Dəniz qaz yatağındakı quyuda baş verən yanğını və onu söndürmək cəhdlərini Amerikanın Səsinə müsahibədə şərh edib.

Cənab Şabanın sözlərinə görə adətən bu növ quyulardakı yanğının sondürülməsi 20 gündən 60 günədək vaxt apara bilir.

Azərbaycanda 1970 və 80-ci illərdə iki dəfə irimqiyaslı yanğınlar baş verib ki, bunları söndürmək bir neçə həftə vaxt aparıb.


Ekspert hesab edir ki, Bulla-Dəniz yatağındakı quyu başqa quyularla müqayisədə xeyli dərin və əhatə etdiyi miqyas genişdir. Belə ki, qaz quyusunun dərinliyi 5900 metrdir. Bu növ quyularda baş verən qəzaların fəsadlarını aradan qaldırmaq isə ciddi bilik və texnoloji imkanlar tələb edir.

Qəzada texniki səbəblərin mövcud olduğunu deyən İlham Şaban insan faktorunu da nəzərdən qaçırmamağı tövsiyə edir.

“Ən yaxşı avtomobil təhlükəsiz avtomobil olsa da, qəzaya uğrama səbəblərindən biri onu idarə edən sürücüdür,” deyə cənab Şaban bildirib.

Ekspert Azərbaycanda istismar işlərində hələ də ənənəvi metodlardan istifadə edildiyini müşahidə edərək, bilik və texnikanın təkmilləşməsinə ehtiyac olduğunu vurğulayıb.

Dəyən ziyanın mümkün miqdarı haqda danışan Şaban Bulla-Dəniz yatağında xərclərin açıqlanmdığını deyib.

"Ancaq Ümid qaz yatağında eyni dərinlikdə qazılan quyuya, platforma ilə birlikdə
83 milyon manat xərcləndiyi barədə məlumat var".
XS
SM
MD
LG