Accessibility links

Saleh Kamrani: İranda gerçək insan haqları anlayışı yoxdur [Audio]


Saleh Kamrani
Saleh Kamrani
“Həsən Ruhaninin prezidentliyə gəlməsindən sonra bəzi açılımlar/demokratik dəyişiklilər olubsa da sadəcə mərkəz qruplarını əhatə edib və qeyri-farslara şamil olmayıb,” deyə hüquqşünas Saleh Kamrani Amerikanın Səsinə müsahibədə deyir. Saleh Kamraninin sözlərinə görə, Həsən Ruhani seçki kampaniyalarında insan haqlarının bərpa olunması ilə bağlı vədlər verib, lakin onun əsas missiyası İranın nüvə böhranını həll edib və ölkəyə qarşı tətbiq olan beynəlxalq sanksiyaları azaltmaq istiqamətində siyasət yürütməkdir.

Saleh Kamrani İranda insan haqlarının durumundan danışır
please wait

No media source currently available

0:00 0:17:57 0:00

Güneyli vəkil İran hakimiyyətinin bəzi tanınmış siyasi muxaliflərin sərbəst buraxılması və ya durumlarının yaxşılaşması istiqamətində atdığı atdımları insan haqlarının inkişafı deyil siyasi bir addım kimi dəyərləndirir: “Bir insan haqları müdafiəçisi olaraq bu addımları müsbət dəyərləndirirəm. Ancaq, insan haqlarının siyasi məsələlərin kölgəsi altında qalmasını da doğru bilmirəm. Onlar yaşıl hərəkatının bəzi fiqurlarını buraxırlar, lakin qeyri-farslarla bağlı müsbət dəyişiklik görünmür.”

Cənab Kamrani bu kontekstdə ötən aylarda həyata keçirilən edam hökmləri, habelə bəzi azərbaycanlı məhbuslar, o cümlədən 5 ilə yaxındır Tehranın Evin zindanında həbsdə olan tanınmış jurnalist Səid Mətinpur və Rəcayi-şəhr zindanında saxlanılan Yeni GAMOH təşkilatı üzvlərinin durumuna işarə edib.

Hüquqşünasın fikrincə İran cəmiyyətində və siyasi atmosferində gerçək bir insan haqları anlayışı mövcüd deyil: “Sadəcə hakimiyyəti demirəm, cəmiyyət içində də insan haqları anlayışı yoxdur. İnsan haqlarını sadəcə siyasi fəallar üçün nəzərdə tuturlar. Əlbəttə siyasi fəalları da neçə kateqoriyaya ayırırlar ki onların içində təkcə mərkəziyyətçi qruplara önəm verilir.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG