Accessibility links

"ABŞ-ın səyləri və vaxtı tükənməz deyil."


ABŞ Dövlət Katibi Con Kerri deyr ki, Obama administrasiyası Yaxın Şərq sülh prosesindəki rolunu yenidən nəzərdən keçirir. Bu açıqlama İsrail-Fələstin sülh danışıqlarının iflasa uğramasndan sonraya təsadüf edir.

Kerri deyib ki, ABŞ-ın tərəfləri sülhə doğru konstruktiv addımlar atmaq üçün sərf edəcəyi səylər və vaxta limit var. O, deyib ki, ABŞ səyləri “tükənməz” deyil.

Dövlət Katibi həmçinin hər iki tərəfin danışıqları təhlükə altına alan “təəssüfləndirici” addımlar atdıqlarını deyib.

Bu addımlar sırasına fələstinlilərin BMT-də əlavə imtiyazlar əldə etməyə can atmaları və İsrailin fələstinli məhbuslardan ibarət dördüncü qrupu azadlığa buraxmaqdan imtina etməsi daxildir.

Qərb Sahilində məskunlaşmaların davam etməsi də danışıqlara təsir göstərib.
XS
SM
MD
LG